Novruzəli Aslanov: “İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün Xankəndidə keçirilməsi mənəvi-siyasi əhəmiyyət kəsb edən hadisədir”
Tarix: 05-07-2025 | Saat: 12:52
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən mötəbər beynəlxalq tədbirlərin sayı getdikcə artmaqdadır. O cümlədən iyulun 4-də Xankəndi şəhərində öz işinə başlamış İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü də belə mühüm tədbirlərdən biridir. Məlum olduğu kimi, bu təşkilat hələ 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb və Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu beynəlxalq qurumlardan biridir. Keçən il Azərbaycanın sədrlik etdiyi təşkilatın Nazirlər Şurasının iclasının Şuşada keçirilməsi, həmçinin Şuşa şəhərinin 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilməsi ölkəmizin bu təşkilatda da yüksək nüfuza sahib olduğundan xəbər verir. Qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. O cümlədən ölkəmizin bərpaolunan enerji sahəsində effektiv çalışmalarına verilən yüksək dəyərin nümayişi olaraq, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Təşkilatın Xankəndi Sammitində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu vurğulamış, hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını diqqətə çatdırmışdır.”
Bu fikirləri apa.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Həmçinin deputat Azərbaycanın ECO çərçivəsində iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslərinin yüksək önəmini qeyd edib: “Cənab Prezident İlham Əliyev öz çıxışında birmənalı olaraq vurğuladı ki, Zirvə görüşünün gedişində məhz iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda çox müsbət sərmayə iqliminin olması məlum faktdır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu, əlbəttə ki, çox mühüm göstəricidir. Möhtərəm dövlət başçımız onu da diqqətə çatdırdı ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir. Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın ən önəmli nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Eyni zamnda Azərbaycan üçün Xəzər regionunda da əməkdaşlığın mühüm istiqamətləri kimi nəqliyyat infrastrukturunun inkişafını, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılmasını qeyd etmək olar və ölkəmiz bu istiqamətdə də səmərəli çalışmalar aparır” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-07-2025