Ronaldo 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi
Tarix: 18-07-2025 | Saat: 08:49
Bölmə:İdman | çapa göndər

Portuqaliya millisinin və "Ən-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.
aia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı çempionatının sosial şəbəkə hesablarında məlumat yayılıb.
40 yaşlı forvard azarkeşlər tərəfindən mövsümün ən yaxşısı adına layiq görülüb.
Mövsüm ərzində Ronaldu 15 dəfə matçın ən yaxşı oyunçusu seçilib. O, Səudiyyə Ərəbistanı Pro Liqasında 30 oyun keçirib, 25 qol vurub və bununla da turnirin bombardiri olub.
Həmçinin onun çempionatın 27-ci turunda "Ər-Riyad"la oyunda (2:1) cərimə zərbəsindən vurduğu qol da 2024/25 mövsümünün ən yaxşı qolu kimi tanınıb. Beləliklə, Ronaldo mövsümdə üç fərdi mükafat qazanıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər