Mobil versiya
Novruzəli Aslanov: “İnsanların öz dədə-baba yurdlarına qayıdaraq burada rahat və asudə yaşamaları üçün Kəlbəcərdə hər bir şərait yaradılır”
Tarix: 23-08-2025 | Saat: 10:10
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “İnsanların öz dədə-baba yurdlarına qayıdaraq burada rahat və asudə yaşamaları üçün Kəlbəcərdə hər bir şərait yaradılır”

“Azərbaycan işğaldan azad edilmiş ərazilərində rayon və şəhərlərimizin, qəsəbə və kədlərimizin bərpası və yenidən qurulması işlərini böyük vüsətlə, yüksək dinamika ilə davam etdirir. Böyük Qayıdış dövlət proqramının icrası uğurla həyata keçirilir. O cümlədən avqust ayının 21-də Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərə onların yeni mənzillərinin açarlarını təqdim ediblər. Əlbəttə ki, insanların öz dədə-baba yurdlarına qayıdaraq burada rahat və asudə yaşamaları üçün indi bütün azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə hər bir şərait yaradılır. Dövlət başçısının Kəlbəcərə bu səfəri də bir neçə açılış və təməlqoyma mərasimləri ilə əlamətdar oldu. Cənab Prezident və xanımı Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışlarını etdilər. Əlbəttə ki, bu, bütün bölgənin enerji təhlükəsizliyinə böyük töhfədir. Həmçinin dövlət başçısı “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, şəhər parkının təməlini qoyub. Bütün bunlar öz tarixi yurdlarına qayıdan soydaşlarımızın rahatlığı və rifahı üçün görülən işlərin yalnız bir hissəsidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra millət vəkili cənab Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşü zamanı etdiyi çıxışında səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Əlbəttə ki, insanların bundan sonra azad olunmuş ərazilərdə, öz tarixi dədə-baba yurdlarında asudə və rifah içində yaşamaları üçün ən mühüm şərtlərdən biri onların təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan cənab Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər xüsusi önəm daşıyır. Dövlətimizin başçısı ilk növbədə Azərbaycanın sülhməramlı bir ölkə olduğunu xüsusi vurğulayaraq bildirdi ki, biz sülh istəyirik. Bununla belə Azərbaycanın Silahlı Qüvvələri hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Ölkəmiz hərbi gücünü durmadan artırır. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin tərkibindəki xüsusi təyinatlı qüvvələrin say tərkibi artırılıb, yeni komando qüvvələri yaradılıb. Ölkənin müdafiə qüdrətinin artırılması məqsədilə pilotsuz uçuş aparatlarının ən müasir modelləri, yeni artilleriya sistemləri Azərbaycana gətirilib. Yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz hər an müharibəyə hazır olmalıyıq. Çünki bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2025