Mobil versiya
Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Tarix: 10-09-2025 | Saat: 12:59
Bölmə:Ölkə | çapa göndər

Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.

Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2025