Mobil versiya
XİN: Bu Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu
Tarix: 15-09-2025 | Saat: 12:22
Bölmə:Siyasət | çapa göndər

XİN:

Bakının azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə paylaşımında qeyd olunub.

Bildirilib ki, 1918-ci ilin bu günündə Azərbaycan korpusunu da özündə birləşdirən Qafqaz İslam Ordusu Bakıya daxil olaraq erməni–daşnak işğalına son qoydu:

"Paytaxtın azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu və xalqımızın, həmçinin onların müttəfiqlərinin birliyini, cəsarətini və fədakarlığını nümayiş etdirdi. 107 il sonra biz Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edənlərin xatirəsini dərin minnətdarlıqla yad edirik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2025