Antiterror tədbirlərinin mahiyyəti, dəyəri və siyasi əhəmiyyəti
Tarix: 18-09-2025 | Saat: 10:44
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın müasir tarixi göstərdi ki, xalqımızın iradəsi, dövlətimizin gücü və liderliyimizin uzaqgörən siyasəti qarşısında heç bir təhdid dayana bilməz. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri təkcə hərbi əməliyyat deyildi. Bu, dövlətçilik tariximizin ən möhtəşəm səhifələrindən biri, milli suverenliyin bərpası və regionda yeni siyasi reallığın təsis olunması idi. Azərbaycan Respublikası beynəlxalq hüquqa və öz Konstitusiyasına əsaslanaraq hər bir vətəndaşının təhlükəsizliyini, dövlət sərhədlərinin toxunulmazlığını qorumaq məsuliyyətini daşıyır. Qarabağ bölgəsində illərlə qanunsuz fəaliyyət göstərən silahlı dəstələr isə bu prinsiplərə açıq təhdid idi. Halbuki, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatında Ermənistan öz qoşunlarını ərazimizdən çıxarmağı öhdəsinə götürmüşdü. Üç il ərzində bu öhdəlik yerinə yetirilmədi, əksinə bölgəyə əlavə silahlar gətirildi, yeni mövqelər quruldu, təxribatlar törədildi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan dövləti heç vaxt qanunsuz silahlı dəstələrin öz ərazilərində mövcudluğuna göz yummayacaq. Bizim suverenliyimiz müzakirə mövzusu deyil.” Bu əməliyyatın mahiyyəti məhz bundan ibarət idi: dövlətin öz qanuni hüququnu bərpa etməsi, separatizmə son qoyması və konstitusiya quruluşunu təmin etməsi. Antiterror tədbirlərinin dəyəri yalnız hərbi qələbədə deyil, həm də milli ruhun yüksəlişindədir. 30 ildən artıq işğal və separatizm xalqımızın qəlbində yara açmışdı. Amma Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmadı. 2020-ci ilin Vətən müharibəsi ilə başlanan Qələbə yolu 2023-cü ilin sentyabrında tarixi ədalətin tam bərpası ilə nəticələndi. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli bayrağımız ucalır. Bu mənzərə yalnız qələbə deyil, həm də milli birliyin, qürurun və ləyaqətin bərpasıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı əzəmətli xalqdır. Öz gücü, iradəsi və qəhrəman övladlarının şücaəti ilə torpaqlarımızı azad etdi və suverenliyini tam təmin etdi.”
Antiterror tədbirlərinin siyasi əhəmiyyəti təkcə Azərbaycan miqyasında deyil, bütövlükdə Cənubi Qafqaz regionunda yeni reallığın formalaşmasındadır. Beləki Qarabağda 30 illik separatçı rejim bir gündə tarixə gömüldü. Bu, regionda separatizmə qarşı ən güclü presedentdir. Bu əməliyyatla Azərbaycan dünyaya göstərdi ki, beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini güc və diplomatiya balansı ilə müdafiə etmək gücünə malikdir. Silahlı dəstələrin təmizlənməsi regionda sülh prosesinin qarşısındakı əsas maneəni aradan qaldırdı. İndi artıq real sülh müqaviləsi üçün bütün şərtlər mövcuddur. Cənab Prezident İlham Əliyev bu barədə deyib: “Biz regionda sülhün tərəfdarıyıq. Amma sülh yalnız beynəlxalq hüquqa hörmət üzərində mümkündür. Azərbaycan isə bu prinsipi bərqərar etdi.” Antiterror tədbirlərinin hüquqi əsası Azərbaycanın Konstitusiyası və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququdur. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Üçtərəfli Bəyanatın müddəaları isə Ermənistanın qoşunlarını Qarabağdan çıxarmaq öhdəliyini açıq şəkildə müəyyən edirdi. Deməli, Azərbaycan yalnız beynəlxalq hüququn və öz milli qanunvericiliyinin tələbini icra etdi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusuna verilən ən mühüm göstəriş mülki əhalinin qorunması idi. Əməliyyat boyu erməni mülki sakinləri SMS mesajları, səsgücləndirici elanlar və məlumat vərəqələri ilə xəbərdar edilirdi. Qadınlara, uşaqlara, qocalara və xəstələrə xüsusi humanitar yardım göstərildi. Bu, Azərbaycanın həm humanizm prinsiplərinə sadiqliyini, həm də beynəlxalq humanitar hüquqa hörmətini nümayiş etdirdi. Dünyada çox az ölkə belə həssaslıqla hərbi əməliyyat aparır. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi tam nəzarətə götürüldü, yüzlərlə texnika məhv edildi və separatçı rejim ləğv edildi. Qarabağ tam şəkildə Azərbaycan dövlətinin idarəçiliyi altına keçdi. Bu nəticə yalnız bir qələbə deyil, həm də gələcəyə ünvanlanan mesajdır: Azərbaycan heç bir təhdidə boyun əyməyəcək, öz haqqını özü təmin edəcək. Antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ açdı. Bu əməliyyat mahiyyətcə dövlətin hüququnun bərpası, dəyər baxımından xalqın milli qürurunun gücləndirilməsi, siyasi baxımdan isə regionda yeni reallığın yaradılması idi.
Xəyyam Vəliyev,
YAP Gədəbəy ryon təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2025