Adəm İsmayıl Bakuvi: “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günlərinin təsis edilməsi zəfərimizin əbədiləşdirilməsi istiqamətində mühüm addımdır”
Tarix: 18-09-2025 | Saat: 15:49
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Dövlət başçısı İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamına uyğun olaraq 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu mühüm addım ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Artıq ikinci ildir ki, Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Xüsusi ilə qürur hissi ilə qeyd etməliyik ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda 2022-ci ildən sonra hər il 26 avqust - Laçın şəhəri günü, 4 oktyabr - Cəbrayıl şəhəri günü, 17 oktyabr - Füzuli şəhəri günü, 20 oktyabr - Zəngilan şəhəri günü, 25 oktyabr - Qubadlı şəhəri günü, 8 noyabr - Şuşa şəhəri günü, 20 noyabr - Ağdam şəhəri günü, 25 noyabr - Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səsləndirib.
Partiya sədri bildirib ki, suverenliyimizin bərpasından artıq iki il ötür və hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. “İki il bundan öncə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi Dövlət suverenliyinin tam bərpası əməliyyatı tədbirləri nəticəsində torpaqlarımız separatçılardan təmizləndi və suverenliyimiz bərpa edildi. Dövlət başçısı İlham Əliyev ötən ilin oktyabr ayında Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Ağdam və Füzuli rayonlarına səfər etdi. Səfər çərçivəsində Müzəffər Ali Baş Komandan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaltdı. Xankəndidən xalqa müraciətində bildirdi ki, düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim: “Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik.” Cənab Prezident İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə bildirdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Adəm İsmayıl Bakuvi sonda bildirdi ki, tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır: “İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun bariz nümunəsidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin şəhər günlərində həmin rayonlara, şəhərlərə səfərləri də artıq ənənəyə çevrilib. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlməklə yanaşı, mərhələ-mərhələ sakinlərinə qovuşur”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər