“Qida yolu ilə dabaq virusunun insan orqanizminə keçməsi mümkün deyil” - Nazirlik rəsmisi
Tarix: 23-10-2025 | Saat: 10:58
Bölmə:Ölkə / Manşet | çapa göndər

“Dabaq xəstəliyi ictimai sağlamlıq üçün təhlükə yaratmır. Bu xəstəlik çox nadir hallarda insanlara yoluxa bilər. Tarix boyu insanların dabağa yoluxması halları çox az qeydə alınıb. Belə yoluxmalar adətən birbaşa xəstə heyvanla intensiv təmas zamanı baş verir — yəni insan virusla çirklənmiş sekresiyalarla uzunmüddətli təmasda olduqda. Bununla belə, bu hallar istisnadır və insanın dabağa yoluxması ilə bağlı epidemioloji risk çox aşağıdır”.
Bunu mətbuata açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov deyib.
O qeyd edib ki, insanların çiy ətlə təması nəticəsində dabaq xəstəliyinə yoluxması elmi cəhətdən sübut olunmayıb: “Qida yolu ilə bu virusun insan orqanizminə keçməsi demək olar ki, mümkün deyil. Çünki ət və ət məhsulları termiki emaldan — yəni bişirmə, qızartma və s. proseslərdən keçdikdə virus tamamilə məhv olur. Buna görə də vətəndaşlara ət məhsullarını qaydalara uyğun bişirməyi, həmçinin baytarlıq nəzarətindən keçməmiş heyvan məhsullarından istifadə etməməyi tövsiyə edirik. Fermerlərimizə isə tövsiyəmiz odur ki, kənd təsərrüfatı heyvanları ilə təmas zamanı sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Əgər xəstə heyvana təmas olubsa, əllərini və geyimlərini yaxşıca təmizləsinlər”.
Yusif İbrahimov əlavə edib ki, dabaq xəstəliyi əsasən heyvanlar üçün təhlükəli olan bir xəstəlikdir və insanlar üçün ciddi risk yaratmır: “Bir daha mütəxəssis kimi əminliklə bildirirəm ki, çiy ət vasitəsilə virusun insanlara keçməsi praktik olaraq qeyri-mümkündür".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2025