Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi: Azərbaycan-Qazaxıstan qardaşlığının yeni mərhələsi
Tarix: 23-10-2025 | Saat: 11:49
Bölmə:Siyasət | çapa göndər

Oktyabrın 18-də Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və siyasi əlaqələrin qarşılıqlı etimad üzərində qurulduğunu ətraflı şəkildə nümayiş etdirir. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlıq, dostluq, ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlər əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik möhkəmlənib. Bu münasibətlərin genişlənməsində ən mühüm amillərdən biri dövlətlərarası dialoqun fəal və konstruktiv şəkildə aparılmasıdır.
Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana reallaşdırdığı yeddinci səfəri və bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin Azərbaycana altı səfəri ölkələrimiz arasındakı tərəfdaşlığın hərtərəfli inkişafını təcəssüm etdirir. Müntəzəm təmaslar gündəlikdə duran aktual məsələlərin operativ həllinə və strateji əməkdaşlığın əsas istiqamətlərində razılaşdırılmış mövqelərin müəyyənləşməsinə imkan verir.
Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20 ili tamam olub. Ötən müddət ərzində təqribən 170 hüquqi sənəd hazırlanaraq siyasi, iqtisadi-ticari, investisiya və mədəni-humanitar sahələrdə əməkdaşlıq mexanizmləri formalaşdırılıb. Bu müqavilə müxtəlif sahələrdə əməkdaşlığın etibarlı təməlini qoyaraq tərəflər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub.
Ali Dövlətlərarası Şura münasibətlərin inkişafında vacib rol oynayır. İlk iclas ötən il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı keçirilib, Astanada keçiriləcək ikinci iclas isə əməkdaşlığın perspektivlərini və yeni səviyyəyə yüksəldilməsi üçün atılacaq addımları müzakirə edəcək. Ölkələrimiz, həmçinin çoxtərəfli formatlarda, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi çərçivəsində də fəal əməkdaşlıq edir.
İqtisadi-ticari sahədə əməkdaşlıq geniş spektri əhatə edir, 2024-cü ildə əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar-avqust aylarında isə 547 milyon dollara çatıb. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dolları ötüb. Bu, tərəflərin qarşılıqlı inam və uzunmüddətli əməkdaşlığa sadiqliyini göstərir.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Orta Dəhliz üzərindən tranzit daşımalarının artırılmasına və regional bazarların inteqrasiyasına imkan yaradır. 2024-cü ildə tranzit daşımalar 3,5 milyon tondan çox olub, bu isə Orta Dəhlizin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Həmin müqavilə infrastrukturun sinxron inkişafını və əməliyyatların optimallaşdırılmasını nəzərdə tutur. Bundan əlavə, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi 2026-cı ilin sonuna qədər başa çatdırılacaq, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti barədə baş saziş imzalanıb. Bu, Orta Dəhlizin Avropa-Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Yaşıl energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və bərpaolunan enerji mənbələrinin təşviqi üzrə strateji sənədlər imzalayıb. Bu təşəbbüslər ölkələrin ekoloji təmiz texnologiyalara keçid və qarşılıqlı inkişaf istiqamətində səylərini göstərir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində isə Azərbaycan-Qazaxıstan qardaşlıq əlaqələri möhkəmlənir. Bu platforma siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və humanitar sahədə təşəbbüslərin həyata keçirilməsi üçün mühüm vasitədir. Təşkilat çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü və Qəbələdə 12-ci Zirvə Görüşü əməkdaşlığın əsas istiqamətlərini səmərəli şəkildə müzakirə etməyə imkan verib.
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan-Qazaxıstan əlaqələrinin bu gün gəlib çatdığı yüksək strateji səviyyəni və gələcək inkişaf istiqamətlərini aydın şəkildə göstərir. Bu münasibətlər tarixi dostluqdan müasir geosiyasi tərəfdaşlığa, iqtisadi inteqrasiyadan regional liderliyə, türk dünyası vizyonundan qlobal əməkdaşlıq modelinə yüksəlib. İki ölkə arasında formalaşmış qarşılıqlı etimad, siyasi iradə və strateji baxış XXI əsrin Avrasiya məkanında ən uğurlu tərəfdaşlıq nümunələrindən biri kimi dəyərləndirilə bilər. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün regionun sabitliyi, təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Bütün bu faktorlar Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin həm möhkəm siyasi və iqtisadi əsaslara, həm də mədəni-humanitar və texnoloji sahələrdə uğurlu əməkdaşlığa əsaslandığını təsdiqləyir.
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2025