Mobil versiya
Milli Məclisin deputatı Novruzəli Aslanov vətəndaşların “online” formatda qəbulunu keçirib   -Fotolar
Tarix: 23-10-2025 | Saat: 12:24
Bölmə:Manşet / Özəl | çapa göndər

Milli Məclisin deputatı Novruzəli Aslanov vətəndaşların “online” formatda qəbulunu keçirib  

Milli Məclisin deputatı Novruzəli Aslanov 23 oktyabr 2025-ci il tarixində İsmayıllıdan olan vətəndaşlarla “online” formatda görüşüb.

aia.az xəbər verir ki, deputatın Bakıdakı ofisi ilə İsmayıllı ofisi arasında video-formatda bağlantının yaradılması üçün müvafiq avadanlıqlar quraşdırılıb. Seçicilərə canlı ünsiyyət qurmaq üçün hər cür şərait yaradılıb.
       
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.
       
Deputat Novruzəli Aslanovun “online” formatda keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2025