Mobil versiya
Kamerun Konstitusiya Şurası: Biya prezident seçkilərində qalib gəldi
Tarix: 27-10-2025 | Saat: 20:28
Bölmə:Özəl | çapa göndər

Kamerun Konstitusiya Şurası: Biya prezident seçkilərində qalib gəldi

Kamerun Konstitusiya Şurası hazırkı prezident Paul Biya-nın 12 oktyabrda keçirilən prezident seçkilərində qalib gəldiyini açıqladı.
Konstitusiya Şurasının açıqladığı yekun nəticələrə görə, Biya səslərin 53,66 faizini toplayaraq yenidən prezident seçilib.

Onun ən yaxın rəqibi İssa Çiroma Bakari səslərin 35,19 faizini toplayıb.

Bakari seçki nəticələrinin açıqlanmasını gözləmədən mətbuat konfransında qələbəsini elan edərək hökuməti nəticələri manipulyasiya etməkdə ittiham edib.

1982-ci ildən bəri Ekvatorial Qvineyaya rəhbərlik edən 92 yaşlı Paul Biya, prezident Teodoro Obiang Nguema Mbasogodan sonra dünyanın ən uzun müddət hakimiyyətdə olan ikinci lideridir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2025