Mobil versiya
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində bu tarixlərdə iş olmayacaq
Tarix: 07-11-2025 | Saat: 10:23
Bölmə:Gündəm | çapa göndər

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində bu tarixlərdə iş olmayacaq

Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-də və 9-da "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə aia.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025