Mobil versiya
Deputatın evinə silahlı BASQIN - Bahalı saatlar və seyf oğurlandı
Tarix: 10-11-2025 | Saat: 08:56
Bölmə:Dünya | çapa göndər

Deputatın evinə silahlı BASQIN -

Fransanın Eks-an-Provans şəhərində naməlum şəxslər Milli Assambleyanın deputatı Jero Verninin evinə giriblər. Hadisə zamanı dörd nəfərdən ibarət dəstə bahalı saatları, seyfi və xeyli miqdarda nağd pulu ələ keçirib.

aia.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı evdə deputatın həyat yoldaşı olub.

O, basqından sonra ciddi psixoloji sarsıntı keçirib. Qadının sözlərinə görə, quldurlar maska və əlcək taxıblar. İlkin ehtimallara əsasən, bu hücum Fransanın Milli Assambleyasında son vaxtlar gərgin keçən müzakirələrlə bağlı ola bilər.

Hadisə ötən gün baş verib. Oğrular qarət etdikdən sonra Verninin evinin yaxınlığında saxlanılan avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, Jero Verni Fransanın Aşağı Palatasına deputat seçilib və “Respublika uğrunda sağ ittifaq” partiyasının üzvüdür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-12-2025