Mobil versiya
Tramp avtomobil sənayesinə zərbə vurdu - Səhmlər ucuzlaşır
Tarix: 19-01-2026 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

Tramp avtomobil sənayesinə zərbə vurdu -

ABŞ prezidenti Donald Trampın Qrenlandiyadakı vəziyyətlə bağlı yenidən tarifləri qaldırmaqla hədələməsindən sonra Avropa avtomobil istehsalçılarının səhmləri kəskin şəkildə aşağı düşüb.

aia.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat dərc edib.

Məlumatda qeyd olunur ki, Mercedes-Benz AG səhmləri 6,7 faiz, BMW AG 7 faiz və Volkswagen AG səhmləri 5,4 faiz ucuzlaşıb. Bundan əlavə, Porsche AG səhmləri təxminən 5 faiz ucuzlaşıb.

Agentlik xatırladıb ki, ötən həftənin sonunda Ağ Ev rəhbəri Avropa mallarına əlavə 10% tarif tətbiq olunduğunu elan edib. Bu, xüsusilə Almaniya və Fransa məhsullarına aiddir. Bununla yanaşı, alman istehsalçıları əsas bazar kimi ABŞ-dən çox asılıdırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026