Mingəçevir şəhərində 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib -Fotolar
Tarix: 20-01-2026 | Saat: 13:02
Bölmə:Ölkə | çapa göndər

Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş "20 Yanvar Azərbaycan xalqının Müstəqillik mübarizəsinin Qəhrəmanlıq səhifəsidir" mövzusunda elmi-nəzəri konfrans keçirilib.
İctimaiyyət nümayəndələrinin,YAP fəallarının, tələbə gənclərin iştirak etdiyi tədbirdə dövlətçiliyimizin qorunması, yurdumuzun ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib. Tədbiri açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrini vərəqləyib. Qeyd edib ki; 20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin başlanığıc tarixidir. O dövrdəki hadisələrdən, faciənin baş vermə səbəblərindən, sovet qoşunlarının əliyalın insanlara qarşı silahlı hücumlarından və cinayətlərindən, hakimiyyətdə mövcud olan xaos və böhrandan danışan İlham İsmayılov yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək hadisələrə qəti etirazını bildirən Ulu Öndər Heydər Əliyevin xalqa, vətənə göstərdiyi məhəbbətindən bəhs edib. Ulu Öndərin ikinci hakimiyyəti dövründə dövlətimizin möhkəmlənməsi, müstəqilliyinin qorunması yolundakı xidmətlərindən danışıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə hərb tariximizdəki uğurlardan, torpaqlarımızın azad olunmasından söz açan İcra başçısı bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev şərəfli və şanlı tariximizdən, qəhrəman vətən fədailərinin, şəhidlərimizin fədakarlıqlarından, uzun illərdən sonra işğaldan azad olan yurd yerlərimizdə Ali Baş Komandanın Azərbaycanın üçrəngli bayrağını ucaltdığından, tarixi ədalətin bərpa olunmasından danışıb. Konfransda çıxış edən müharibə , əmək və silahlı qüvvələr veteranları təşkilatının sədr müavini Rizvan Mikayıllı, şəhid anası İranə Həsənova, Turizm Kollecinin direktoru Kamal Əhmədov yurdumuzun ərazi bütövlüyünün bərpa olunması yolunda canından keçən vətən övladlarını xatırlayıblar, onlara Allahdan rəhmət diləyiblər. Konfransa yekun vuran İlham İsmayılov 20 Yanvar tarixinin unudulmaması, gənclərə tarixin bu səhifəsi, hadisələrin əsl mahiyyəti barədə məlumatların verilməsinin vacibliyini bildirib. Hər kəsi cənab Prezidentin ətrafında sıx birləşməyə çağırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-01-2026
19-01-2026