Mobil versiya
Gədəbəydə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla anılıb -Fotolar
Tarix: 20-01-2026 | Saat: 13:27
Bölmə:Ölkə | çapa göndər

Gədəbəydə  20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla anılıb

Gədəbəy rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Natiq Nağıyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.

İştirakçılar əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.

Rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12:00-da Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2026