Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib -Foto
Tarix: 22-01-2026 | Saat: 18:33
Bölmə:Ölkə / Parlament | çapa göndər

Yanvarın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Rzayev komitə üzvlərinə növbəti sessiyada fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə 3 məsələ - 2025-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat, komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.
Komitə sədri payız sessiyasında görülmüş işlər barədə məlumatı təqdim edərək, 2025-ci ilin ölkənin sosial-iqtisadi həyatında əlamətdar hadisələrlə yadda qaldığını, Prezidentin düşünülmüş müdrik siyasətinin ölkənin iqtisadi inkişafına, insanların rifah halının yaxşılaşmasına, perspektiv vəzifələrin daha dolğun yerinə yetirilməsinə böyük təkan verdiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələr parlament tərəfindən yüksək səviyyədə həyata keçirilir. O, bu baxımdan ötən ilin Aqrar siyasət komitəsi üçün də uğurlu olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, Aqrar siyasət komitəsi ötən sessiya dövründə qanunvericilik işləri planına uyğun fəaliyyət göstərib. Bu müddətdə komitənin 8 iclası keçirilib, 8 məsələyə, o cümlədən 6 qanun layihəsinə baxılıb. Hesabat dövründə komitə tərəfindən aidiyyəti qurumların nümayəndələrinin də iştirakı ilə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə təşkil olunub, geniş müzakirələr aparılıb.
Bildirilib ki, ötən sessiyada millət vəkilləri qanunların hazırlanması, təkmilləşdirilməsi və qəbul olunması prosesində yaxından iştirak ediblər, ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr, bəzi aktual məsələlərlə bağlı televiziya, mətbuat və sosial şəbəkələrdə öz mövqelərini ifadə ediblər.
Bununla yanaşı, payız sessiyasında komitə üzvləri bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak ediblər, habelə mütəmadi olaraq təmsil etdikləri bölgələrdə seçicilərlə görüşlər keçiriblər, vətən müharibəsi şəhidlərinin anım tədbirlərinə qatılıblar, şəhid ailələri və qazilərin qayğıları ilə maraqlanıblar.
Qeyd olunub ki, payız sessiyası ərzində komitənin ünvanına 64 məktub, təklif, ərizə daxil olub, müraciətlərdəki məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara məktublar göndərilib, ərizələrin əksəriyyəti müsbət cavablandırılıb.
Sonra Tahir Rzayev komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsindən söhbət açıb. O, bildirib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinə, bir sıra qanunlarda dəyişikliklərin edilməsi haqqında sənədlərə baxılacaq. Habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili, işğaldan azad olunmuş ərazilərdə görülən işlər və aqrar sahədə əldə olunan nəticələrin təbliği ilə bağlı mediada çıxışların edilməsi nəzərdə tutulub. Bununla yanaşı, aidiyyəti qurumlarla, sahibkarlarla əməli əməkdaşlığın davam etdirilməsi, görüşlərin keçirilməsi planlaşdırılır.
Sonra komitə sədri “Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini birinci oxunuşda təqdim edib.
Bildirilib ki, qanun layihəsi dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və aerodromların inşası zərurətinin torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi məqsədilə hazırlanıb və sənəddə adı çəkilən qanunlarda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Təqdim olunan məsələlər ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Razi Nurullayev, üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Azər Badamov, Vüqar İskəndərov, Novruzəli Aslanov, Aydın Hüseynov çıxış ediblər, öz qeyd və təkliflərini açıqlayıblar.
İclasda payız sessiyasında komitədə görülmüş işlər məqbul hesab olunub, yaz sessiya üçün komitənin iş planının layihəsi təsdiq edilib, gündəlikdəki qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2026