Erməni cinayətlərinin dəhşətli statistikası
Tarix: 25-02-2026 | Saat: 17:45
Bölmə:Siyasət | çapa göndər

26 fevral 1992-ci il Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biridir. Həmin gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmişdir. Bu hadisə təkcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı planlı və məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi qırğın idi.
Rəsmi statistikaya əsasən, Xocalı faciəsi nəticəsində 613 nəfər qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olmuşdur. 487 nəfər ağır yaralanmış, 1275 nəfər əsir və girov götürülmüşdür. 150 nəfərin taleyi bu günədək naməlum qalır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin açıq göstəricisidir.Xocalıda törədilən cinayətlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Mülki əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, insanlara işgəncələr verilməsi, meyitlərin təhqir olunması insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməlidir. Bu hadisə 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın müddəalarına uyğun olaraq soyqırımı anlayışının bütün əlamətlərini daşıyır.Faciəyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş, 1994-cü ildə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan edilmişdir. Sonrakı dövrdə İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmış, bir sıra ölkələr və beynəlxalq qurumlar bu qətliamı soyqırımı və ya kütləvi qırğın kimi tanımışdır.Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur. Bu hadisə yalnız bir şəhərin deyil, bütövlükdə xalqımıza qarşı törədilmiş cinayətdir. Tarixi ədalətin təmin olunması, günahkarların beynəlxalq hüquq qarşısında cavab verməsi və Xocalı qurbanlarının xatirəsinin daim yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur. Xocalı soyqırımı unudulmur və heç vaxt unudulmayacaq.
Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2026