Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı göndərilir
Tarix: 25-02-2026 | Saat: 17:52
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü baş tutur.
aia.az xəbər verir ki, 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqonu "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınır.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Xatırladaq ki, sonuncu dəfə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola salınıb. Bundan əvvəl isə ayın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxil olub.
Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2026