Mobil versiya
Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir
Tarix: 19-04-2026 | Saat: 10:04
Bölmə:Dünya | çapa göndər

Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir


Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir.

"aia.az" xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb (Bakı vaxtı ilə 08:00 red.) və 20:00-dək (21:00) fəaliyyət göstərəcək.

Məlumata görə, seçici siyahılarına 6.5 milyondan çox vətəndaş daxil edilib. 240 yerlik parlamentdə mandat uğrunda 14 siyasi partiya və 10 koalisiyanın 4 786 namizədi mübarizə aparır.

Son sorğulara əsasən, parlamentə ən azı beş siyasi qüvvənin daxil olacağı gözlənilir, daha dörd blok isə 4%-lik səddi keçmək şansına malikdir.

Ekspertlər seçici fəallığının yüksək olacağını bildirir, təxminən 3.3 milyon nəfərin səsvermədə iştirak edəcəyi proqnozlaşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə