Mobil versiya
Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq
Tarix: 22-04-2026 | Saat: 20:32
Bölmə:İqtisadiyyat | çapa göndər

Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq


Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun 0–8 km hissəsində təmir işləri aparılacaq.

aia.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026