İrəvanda gərginlik artır: Paşinyan–Ter-Petrosyan qarşıdurması
Tarix: 23-04-2026 | Saat: 22:14
Bölmə:Dünya | çapa göndər
Ermənistanda siyasi gərginlik yenidən yüksəlir. Baş nazir Nikol Paşinyan ilə ölkənin birinci prezidenti Levon Ter-Petrosyan arasında söz savaşı açıq qarşıdurma mərhələsinə keçib.
aia.az xəbər verir ki, Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan Paşinyanın səsləndirdiyi fikirlərə sərt və istehzalı reaksiya verib. O bildirib ki, səsləndirilən iddiaları şərh etmək üçün “Ermənistanın siyasi həyatını az da olsa bilən istənilən həkim kifayətdir”.
Qeyd edək ki, Paşinyan aprelin 23-də jurnalistlərə açıqlamasında Ter-Petrosyanı ARF Daşnaksütyunun “gizli adamı” adlandırıb, onun digər fəaliyyətlərini isə “siyasi oyun” kimi qiymətləndirib. Baş nazir həmçinin onu həmin siyasi xəttin “ən uğursuz nümayəndəsi” adlandırıb.
Bununla yanaşı, Paşinyan Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin qarşıdan gələn seçkilərdə real şansının olmadığını da vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-04-2026