Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil - İran XİN
Tarix: 24-04-2026 | Saat: 09:32
Bölmə:Dünya | çapa göndər

İranın nüvə proqramı ABŞ ilə aparılan danışıqların əsas mövzusu deyil.
aia.az ISNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
Onun sözlərinə görə, əvvəlki danışıqlar raundlarında müzakirələr əsasən İranın nüvə proqramı ətrafında aparılsa da, hazırkı mərhələdə bu məsələ prioritet deyil. Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, əsas məqsəd münaqişəyə Tehranın maraqlarına uyğun şəkildə son qoymaqdır.
Bəqayi qeyd edib ki, danışıqların gündəliyi mövcud vəziyyətdən asılı olaraq dəyişə bilər. O əlavə edib ki, İran üçün sanksiyaların aradan qaldırılması, kompensasiyanın ödənilməsi və təcavüzkarlıq məsələlərinin istənilən razılaşmada əksini tapması vacibdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2026