Şuşaya aparan yolun yaddaşı və Yunis Kazımovun ölməz izi -Fotolar
Tarix: 26-04-2026 | Saat: 11:35
Bölmə:Gündəm / Özəl | çapa göndər

Şəhid adı sadəcə sıradan bir söz deyil. O, ana göz yaşının acısı, ata qürurunun susqunluğu, bir millətin içində daşıdığı ən müqəddəs ağrıdır. Hər şəhidin ömrü yarımçıq qalsa da, Vətən qədər böyüyür. Onların getdiyi yol torpağa qarışmır, tarixə çevrilir. Biz məhz belə bir taleyin – Şuşaya aparan yolda adını qızıl hərflərlə yazdırmış Yunis Kazımovun həyatına, mübarizəsinə və ölməzliyinə şahidlik etmək üçün Qazağa toplaşmışdıq. Həmin gün Qazaxda sadəcə bir kitab təqdim olunmadı…
Qazax Rayon Ədəbiyyat muzeyində keçirilən tədbir sadəcə bir kitab təqdimatı olmadı. O gün orada bir ömür danışdı, bir qəhrəmanlıq yolu dilləndi, bir Vətən sevgisi sözə çevrildi. Şəhid Yunis Kazımovun timsalında bütöv bir millətin yaddaşını, qürurunu və sarsılmaz iradəsini bir daha hiss etdik Qazaxda.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu sükut sadəcə bir anlıq dayanacaq deyildi. Xalqın öz qəhrəmanlarına verdiyi dəyərin, onların müqəddəs ruhu qarşısında baş əyməsinin ifadəsi idi. Şəhid Yunis Kazımovun həyat və döyüş yolundan bəhs edən sənədli filmin nümayişi isə tədbir iştirakçılarını həm kövrəltdi, həm də qürurlandırdı. Çünki bu film bir insanın taleyindən çox, bir millətin mübarizə tarixini əks etdirirdi.
Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz nitqində şəhidlərin ölməzliyindən, onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasından geniş bəhs etdi. O vurğuladı ki, Azərbaycan dövləti üçün şəhid ailələri yalnız sosial müdafiə obyektləri deyil, milli qürurun daşıyıcılarıdır. Rəcəb Babaşov qeyd etdi ki, hər bir şəhidin həyatı bir qəhrəmanlıq salnaməsidir və bu salnamə gələcək nəsillər üçün örnəkdir. Rayonda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər – abidələrin ucaldılması, tədbirlərin keçirilməsi, kitabların nəşri – dövlətin bu müqəddəs dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Onun sözlərinə görə, “şəhidlərimizin ruhu qarşısında borcumuz yalnız onları anmaq deyil, həm də onların ideallarını yaşatmaqdır.”
Milli Məclisin deputatı Səməd Seyidov isə çıxışında Azərbaycanın Zəfər tarixindən danışaraq bildirdi ki, bu qələbə təkcə hərbi uğur deyil, həm də milli ruhun, siyasi iradənin və xalq birliyinin təntənəsidir. O vurğuladı ki, Vətən müharibəsində Azərbaycan əsgəri dünyaya yalnız gücünü deyil, həm də mənəvi üstünlüyünü nümayiş etdirdi. Şəhidlər və qazilər bu qələbənin əsas müəllifləridir. Onların fədakarlığı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və tarixi ədalət yerini tapdı. Deputat qeyd etdi ki, bu gün hər bir azərbaycanlı Zəfərin məsuliyyətini daşıyır: “Biz bu qələbəni yalnız qeyd etməməli, onu yaşatmalı, qorumalı və gələcək nəsillərə ötürməliyik.”
Şəhidimiz Yunis Kazımov Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olub. Bu gün də universitetin tələbə parkında yerləşən şəhid məzunlarımız guşəsində onun əziz xatirəsi ehtiramla yad edilir. Tələbələr hər gün bu guşəni ziyarət edərək şəhidlərimizin ruhuna hörmətlərini bildirirlər. Təəssüf ki, rektor Zəfər Qurbanov tədbirdə şəxsən iştirak edə bilmir. Lakin o, öz ürək sözlərini və salamlarını sizinlə bölüşməyi xahiş etmişdir: “Şəhidlərimiz xalqımızın qürur mənbəyidir. Yunis Kazımov kimi igid məzunlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq. Gənclərimiz onların keçdiyi şərəfli yolu örnək götürərək Vətənə layiq vətəndaşlar olmalıdırlar. Bu cür tədbirlər onların əziz xatirəsinin yaşadılması baxımından son dərəcə önəmlidir.”
Tədbirdə çıxış edən digər iştirakçılar – Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Rəşadət ordenli və digər medallarla təltif olunan, 3-cü dərəcəli əlil və ehtiyatda olan kapitan Samir Çobanov, ağsaqqal ziyalı Cümşüd Musayev, şairlər Mübariz Qaragözlü və Mustafa Rasimoğlu, şəhid anası Ülviyyə xanım, Tovuz-Turan şəhid alilələri birliyinin sədri, şəhid qardaşı Elmar Musayev, kitabxana müdiri Sevinc xanım – hər biri öz sözlərində şəhidlərin ölməz ruhuna ehtiramlarını ifadə etdilər. Onların çıxışlarında bir fikir xüsusi vurğulanırdı: şəhidlər yalnız keçmişin qəhrəmanları deyil, bu günün və gələcəyin yol göstərən mayaklarıdır. Aşıq Hüseyn, aşıq Osman və aşıq Samirin saz havaları isə tədbirə xüsusi ruh qatdı. Sazın səsində xalqın yaddaşı, tariximizin nəfəsi duyulurdu. Bu ifalar göstərdi ki, qəhrəmanlıq yalnız tarix kitablarında deyil, həm də xalqın musiqisində, sözündə, ruhunda yaşayır. Şəhidin məktəb direktoru olmuş Minarə Rəhimova isə çıxışında Yunis Kazımovun hələ məktəb illərindən seçilən bir şagird olduğunu kövrək xatirələrlə dilə gətirdi. O qeyd etdi ki, Yunis sakit təbiətli, amma daxilən çox möhkəm, məsuliyyətli və vətənpərvər bir gənc idi. Onun baxışlarında qəribə bir ciddiyyət vardı. Sanki yaşıdlarından bir addım öndə idi. Tapşırılan hər işi sonadək yerinə yetirərdi. Amma ən çox yadda qalan onun insanlara münasibəti, hörməti və qayğıkeşliyi idi.
Tədbirin ən təsirli anlarından biri “Şuşa fatehi – Yunis Kazımov” kitabının müəllifi Fəridə Ləmanın təltif olunması idi. Müəllif tədbirdə səhəti ilə bağlı iştirak edə bilməsə də, ona təqdim olunan fəxri fərman şəhid atası Qasım Kazımova təqdim olundu. Bu, sadəcə bir mükafat deyil, həm də şəhiddən yazılan kitabın müəllifinə göstərilən dərin hörmətin ifadəsi idi. Deyim ki, Fəridə Ləmanın bu kitabı bir ömrün, bir igidin, bir xalqın tarixinin bədii və sənədli salnaməsidir. Müəllif sözün gücü ilə yaddaşı qoruyur, şəhid ruhunu yaşadır, Vətən sevgisini gələcək nəsillərə ötürür.
Tədbirin sonunda bir daha aydın oldu ki, bu cür təqdimatlar, mərasimlər sadəcə anım xarakteri daşımır. Bu tədbirlər milli yaddaşın formalaşmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir. Şəhid Yunis Kazımovun adı həmin gün bir zirvə kimi bir daha ucaldı. Onun həyat yolu bir məktəb, bir örnək kimi qiymətləndirildi. Bu örnək isə yalnız xatırlanmaq üçün deyil, yaşanmaq üçündür. Çünki şəhidlər ölmür. Onlar Vətənin döyünən ürəyinə çevrilir. Onların adı dillərdə, ruhu qəlblərdə yaşayır. Hər dəfə üçrəngli bayrağımız dalğalananda biz onların nəfəsini hiss edirik.
Qazaxda səslənən hər söz, oxunan hər misra, çalınan hər saz havası bir həqiqəti bir daha təsdiqlədi. Bu bir kitabdan daha artıq yaddaşın səsi kimi könüllərə yazıldı. Onu da deməliyəm ki, bu dəyərli kitabın ərsəyə gəlməsində müəllif qələmi ilə yanaşı peşəkar ədəbi və publisistik yanaşma da mühüm rol oynayıb. Kitabın redaktoru, filologiya elmləri doktoru, professor Tamella Abbasxanlı əsərə elmi-bədii dərinlik qazandıraraq onun ideya yükünü daha da zənginləşdirib. Kitabda yer alan redaktor sözü isə kitabın mahiyyətini açan, oxucunu qəhrəmanlıq ruhuna kökləyən mühüm bir mətn kimi diqqəti cəlb edir. Eyni zamanda tədbirin aparıcısı, jurnalist-publisist Qalib Rəhimli təkcə təqdimatın yüksək səviyyədə təşkil olunması ilə deyil, həm də bu kitabın ərsəyə gəlməsində göstərdiyi zəhmətlə yadda qaldı. O, kitabın məsləhətçisi olmaqla yanaşı, nəşrə daxil edilən bir sıra yazıların, publisistik mətnlərin və hekayə müəllifi kimi bu kitaba öz ruhunu qatıb. Onun qələmi bu kitabda sadəcə söz yazmayıb – yaddaşı danışdırıb. “Şuşa fatehi – Yunis Kazımov” kitabının daxili zənginliyi ilə xarici gözəlliyi-dizaynı kağızın və şəkillərin keyfiyyəti bir-birini tammlayıb. Ən önəmli olan bir də odur ki, kitabın sonunda bu tarixi əsər barədə rəylər də əksini tapıb. Bu isə o deməkdir ki, müəllif Fəridə xanım hər bölməni hazırlayanda onu sosial səhifələrdə paylaşıb və bu səbəbdən də çoxlu rəylər yazılıb. Fəridə xanım isə həmin rəylərdən seçib və kitabın sonuna əlavə edib. Yəni kitab oxucuya həm də rəylərlə birgə çatıb.
Tədbirin sonunda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə və aparıcılıq məharətinə görə jurnalist-publisist Qalib Rəhimliyə xüsusi təşəkkürünü bildirdi. Bu təşəkkür sadəcə bir jest deyildi, peşəkarlığa, vətənpərvər mövqeyə və milli yaddaşa xidmət edən qələmə verilən dəyərin ifadəsi idi.
Həmin gün bir daha aydın oldu ki, belə tədbirlər sadəcə anım mərasimi deyil. Bu, bir xalqın öz yaddaşı ilə danışması, öz qəhrəmanını yaşatması, gələcəyinə istiqamət verməsidir. Şəhid Yunis Kazımovun adı bu gün bir zirvə kimi ucalır. Onun həyatı bir məktəb, mübarizəsi bir dərsdir. Bu dərsi oxumaq isə hər birimizin mənəvi borcudur. Çünki şəhidlər ölmür. Onlar Vətənin döyünən ürəyinə çevrilir. Onlar yaddaş olur, söz olur, kitab olur...
Qalib Rəhimli.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər