Novruzəli Aslanov: “Azərbaycanla əməkdaşlıq etmək istəyən tərəfdaşlar üçün Bakı təkcə siyasi dialoq məkanı deyil, həm də real iqtisadi imkanlar mərkəzidir”
Tarix: 26-04-2026 | Saat: 12:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Ukrayna Prezidentinin Azərbaycana səfərinin mühüm nəticələrindən biri iqtisadi və xüsusilə enerji əməkdaşlığının strateji məzmununun daha aydın görünməsi oldu. Prezident İlham Əliyevin öz bəyanatında bu istiqamətə xüsusi yer ayırması da təsadüfi deyildi. Çünki bu gün Azərbaycanın beynəlxalq nüfuzu böyük ölçüdə onun enerji gücü, etibarlı tərəfdaş reputasiyası və sənaye potensialı ilə də bağlıdır.”
Milli Məclisin deputatı Novruzəli Aslanov bunları aia.az-a açıqlamasında bildirib.
Millət vəkili ölkəmizin tərəfdaş dövlətlərdə enerji sahəsində uğurlu təmsilçiliyini də məqsədyönlü iqtisadi strategiyanın nəticəsi kimi xarakterizə edib: “SOCAR-ın Ukraynada uzun illərdir uğurlu fəaliyyəti iki ölkə arasında münasibətlərin real iqtisadi dayaqlara söykəndiyini göstərir. Bu, sadəcə kommersiya fəaliyyəti deyil, Azərbaycan dövlətinin xarici iqtisadi strategiyasının uğurlu modelidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış bu model bu gün yeni sərmayə layihələri və birgə təşəbbüslər üçün imkanlar yaradır. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi və daha böyük potensialın mövcudluğu onu göstərir ki, əməkdaşlıq artım trayektoriyasındadır. Burada Azərbaycan təşəbbüskar tərəf kimi çıxış edir və bu da ölkənin iqtisadi diplomatiyasının gücünü nümayiş etdirir. Digər mühüm məqam hərbi sənaye və birgə istehsal perspektivləri ilə bağlıdır. Azərbaycanın son illərdə müdafiə sənayesində qazandığı inkişaf yeni beynəlxalq kooperasiya imkanları yaradır. Ukrayna ilə bu sahədə mümkün əməkdaşlıq isə təkcə iqtisadi deyil, texnoloji tərəfdaşlıq baxımından da əhəmiyyətlidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycanı yalnız enerji ixracatçısı deyil, strateji iqtisadi tərəfdaş kimi mövqeləndirib. Bu gün Azərbaycanın beynəlxalq çəkisi məhz bu uğurlu model üzərində yüksəlir. Zelenskinin səfəri göstərdi ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən tərəfdaşlar üçün Bakı təkcə siyasi dialoq məkanı deyil, həm də real iqtisadi imkanlar mərkəzidir. Bu isə müasir dünyada güclü dövlət nüfuzunun ən vacib göstəricilərindən biridir. Beləliklə, Azərbaycan özünün enerji və sənaye gücünün beynəlxalq əməkdaşlığa necə çevirdiyini bir daha nümayiş etdirdi və Prezident İlham Əliyevin uğurlu strateji kursunun daha bir nəticəsini ortaya qoydu” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər