Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı -Fotolar
Tarix: 26-04-2026 | Saat: 12:30
Bölmə:Gündəm | çapa göndər

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın musiqi həyatı üçün əlamətdar bir hadisə, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fəaliyyət göstərən “Tutti” Kamera Orkestrinin 40 illiyinə və Uşaq Gənclər Simfonik Orkestrinin 20 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.
Məlumat üçün qeyd edək ki, 1986-cı ildə Xalq artisti Teymur Göyçayev tərəfindən yaradılmış və onun rəhbərliyi ilə fəaliyyət göstərən “Tutti” Kamera Orkestri həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda keçirilən konsert və festivallarda uğurla iştirak edib, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç tərəfindən dinlənilərək yüksək qiymətləndirilib.
Uşaq-Gənclər Simfonik Orkestri Mstislav Rostropoviçin ideyası və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Orkestrin bədii rəhbərliyi Xalq artisti Teymur Göyçayevə həvalə olunmaqla 2006-cı ildən fəaliyyətə başlayır.
Fəaliyyət göstərdiyi illər ərzində orkestr Belçika, Hollandiya, Almaniya, İsveçdə, UNESCO-nun Parisdə yerləşən baş qərargahında və Azərbaycanın müxtəlif bölgələrində konsertlərlə uğurlu çıxışlar edib.
Xüsusilə, son illərdə orkestr ölkənin musiqi məkanında özünəməxsus dəst-xətti və yaradıcı yanaşması ilə seçilən kollektivlərdən biri kimi diqqəti cəlb edir. Bu orkestrin fəaliyyəti yalnız konsert verməklə məhdudlaşmır, o, eyni zamanda musiqi mədəniyyətinin inkişafına, gənc istedadların üzə çıxarılmasına və klassik irsin yeni nəfəs ilə təqdim olunmasına xidmət edən mühüm bir mədəniyyət ocağına çevrilib.
Bu da onunla bağlıdır ki, “Tuttu” Kamera Orkestri yarandığı gündən yüksək peşəkarlıq prinsiplərinə əsaslanaraq formalaşıb. Kollektiv əsasən gənc, lakin artıq müəyyən təcrübəyə malik musiqiçilərdən ibarətdir. Bu amil orkestrə həm dinamizm, həm də yenilikçi düşüncə gətirir.
“Tuttu” Kamera Orkestrinin repertuarı çoxşaxəlidir. Onlar tez-tez Antonio Vivaldi, Wolfgang Amadeus Mozart və Johann Sebastian Bach kimi dünya şöhrətli bəstəkarların əsərlərini ifa edirlər. Bu klassik irs orkestrin texniki imkanlarını və ifaçılıq səviyyəsini nümayiş etdirmək üçün mühüm zəmin yaradır. Elə yubiley konserti zamanı da həm yerli, həm də xarici bəstəkarların ifalarının səsləndirilməsi bunun əyani sübutu idi.
Xumar Novruzlu Niccolo Paqaninin "Cantabile", Murad Muxtarovun Rafael Mendesin "Romans", Qönçə Abseynovanın İohann Sebastyan Baxın bəstəsini, Nağı Nağızadənin Tofiq Quliyev – "Ey sevincim, Bakı", Mehdi Niftaliyevin Andrey Babayev – "Nazəndə sevgilim", Nərgiz Abseynovanın K. Fernandes – "Qızıl səma", Gənclər simfonik orkestrinin Üzeyir Hacıbəyli – "Arazbarı", Muxtar Abseynovun Robert Şuman, Frederic Şopen, Suel Baxşəliyevanın Brendon Howard – "Aya uçuş" əsərlərinin konsert boyunca ifası fonunda bunu aydın görmək mümkün idi.
Orkestrin Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayırması milli musiqinin təbliği baxımından böyük əhəmiyyət daşıyır və orkestrin fəaliyyətinə milli ruh qatır. Müasir bəstəkarların əsərlərinin ifası isə orkestrin daim yenilik axtarışında olduğunu göstərir.
Qeyd edək ki, “Tuttu” Kamera Orkestri müxtəlif səhnələrdə çıxış edərək geniş dinləyici auditoriyası formalaşdırmağa nail olmuşdur. Yüksək səhnə mədəniyyəti, ifaçıların peşəkarlığı və proqramların diqqətlə seçilməsi konsert boyunca aydın şəkildə özünü göstərirdi. Bu sadaladığımız amillər "Tutti" Kamera Orkestrinin uğurunu şərtləndirən amillər sırasındadır.
Onu da qeyd etmək yerinə düşər ki, orkestr beynəlxalq layihələrdə iştirak etməklə Azərbaycan musiqisini xaricdə də təmsil edir. Bu, ölkənin mədəni imicinin formalaşmasına müsbət təsir göstərir və milli musiqinin qlobal səviyyədə tanınmasına xidmət edir.
Orkestrin fəaliyyətində diqqət çəkən mühüm məqamlardan biri də gənc musiqiçilərlə əməkdaşlıqdır. “Tuttu” Kamera Orkestri tez-tez yeni solistlərə səhnə imkanı yaradır və onların peşəkar inkişafına dəstək olur. Bu isə gələcək musiqi nəslinin formalaşmasına töhfə verir.
Süleyman
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər