Eltun Süleymanov: "Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması tarixi cəsarət və milli kimliyin qorunması idi"
Tarix: 27-04-2026 | Saat: 16:13
Bölmə:Manşet / Özəl | çapa göndər

Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması təkcə hüquqi dəyişiklik deyildi. Bu addım Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq milli kimliyin qorunması və gələcək müstəqil dövlətçiliyin ideoloji əsaslarının formalaşdırılması baxımından mühüm tarixi mərhələyə çevrildi.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, XX əsrin ikinci yarısında sovet məkanında milli kimlik və dil məsələləri xüsusi həssaslıq kəsb edirdi. 1970-ci illərin ortalarından etibarən SSRİ-ni təşkil edən respublikalarda dil siyasəti yenidən sərtləşdirilmiş, xüsusilə Sovet Sosialist Respublikaları İttifaqı çərçivəsində rus dilinin dominant mövqeyi daha da gücləndirilmişdi. Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə ana dilinin qorunması və inkişafı uğrunda çıxış etmək yalnız siyasi iradə deyil, həm də böyük cəsarət tələb edirdi. 1930-cu illərin repressiya dalğaları zamanı milli dil məsələsini qabardan ziyalıların sürgünə göndərilməsi yaddaşlardan silinməmişdi. Bu səbəbdən, 1970-ci illərdə belə bir mövzunu yenidən gündəmə gətirmək ciddi risk daşıyırdı. Lakin o dövrdə Azərbaycan SSR-ə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bu məsələni qətiyyətlə müdafiə edərək, milli kimliyin əsas sütunu olan dilin dövlət səviyyəsində qorunmasını prioritetə çevirdi. Bu tarixi bir addım idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin sessiyasında Konstitusiya layihəsinin müzakirəsi zamanı Ulu Öndər Heydər Əliyev mühüm təşəbbüslə çıxış etdi. Onun təklifi ilə Konstitusiyaya 73-cü maddə əlavə olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu maddə 27 aprel 1978-ci ildə qəbul edilən Konstitusiyada öz əksini tapdı və Azərbaycan dilinə rəsmi dövlət dili statusu verdi. Bu qərar təkcə hüquqi norma deyil, həm də milli özünüdərkin və gələcək müstəqil dövlətçiliyin ideoloji təməli idi.
Eltun Süleymanov onu da bildirib ki, gələcəyə hesablanmış strateji addımın, bu təşəbbüsün əhəmiyyəti yalnız həmin dövrlə məhdudlaşmırdı. Əslində, bu addım gələcəkdə Azərbaycanın müstəqillik əldə etməsi üçün mühüm zəmin yaratdı. Dövlət dili statusu qazanan Azərbaycan dili milli rəmzlər sırasında öz yerini möhkəmləndirdi və xalqın mənəvi birliyinin əsas dayaqlarından birinə çevrildi. Bu bir həqiqətdir ki, dil milli varlığın əsası, hər bir xalqın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən güclü vasitədir. Azərbaycan dili də xalqımızın kimliyini müəyyən edən başlıca amillərdəndir. Himn, bayraq və gerb kimi dövlət atributları ilə yanaşı, ana dilimiz də milli müqəddəslik statusuna malikdir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Ulu Öndər yalnız Konstitusiyada dəyişiklik etməklə kifayətlənmədi. O, ziyalıları və cəmiyyəti ana dilinin qorunması uğrunda mübarizəyə cəlb etdi. Təhsil hüququnun ana dilində təmin olunmasını xüsusi vurğulayaraq, dilin praktiki tətbiqini də dövlət siyasətinin ayrılmaz hissəsinə çevirdi. Müstəqillik dövründə dil siyasəti daha uğurla davam etdirildi. 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası hazırlanarkən dövlət dilinin adı ətrafında müxtəlif müzakirələr aparıldı. Bu zaman Ulu Öndər Heydər Əliyev qəti mövqe nümayiş etdirərək Azərbaycan dilinin adının olduğu kimi saxlanılmasını müdafiə etdi. Nəticədə, ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Ulu Öndərin dil siyasəti bununla da məhdudlaşmadı. Onun təşəbbüsü ilə 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı və Dövlət Dil Komissiyası yaradıldı. 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” təsis edildi. 30 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olundu. Bu sənədlər dövlət dilinin hüquqi bazasını möhkəmləndirərək onun qorunması və inkişafını təmin etdi.
1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması sadəcə hüquqi akt deyil, milli tariximizin dönüş nöqtələrindən biridir. Bu addım, bir tərəfdən sovet ideoloji məhdudiyyətlərinə qarşı cəsarətli mövqe, digər tərəfdən isə gələcək müstəqil Azərbaycanın milli-mənəvi əsaslarının qorunması idi. Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri kimi inkişaf edir və dünya miqyasında tanınır. Bu uğurun təməlində isə Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış uzaqgörən və prinsipial addımlar dayanır-deyə Eltun Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026