Mobil versiya
Zəngəzur dəhlizi ilə bağlı rəsmi açıqlama
Tarix: 29-04-2026 | Saat: 11:22
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Zəngəzur dəhlizi ilə bağlı

Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək.

aia.az xəbər verir ki, bunu “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Eyni zamanda, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejiminin formalaşdırılması da bu prosesə əlavə stimul yaradır. Hazırda Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir. Bundan əlavə, bu ildən Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştləri tətbiq edilir”, - deyə nazir bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, sahibkarların ixrac imkanlarının genişlənməsi üçün nəqliyyat xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dəstək tədbiri nəzərdə tutulur. Dövlət başçısı tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”da müəssisələrin rəqəmsal transformasiyası üçün görüləcək işlər əhatə olunub. Sahibkarlarımızın bu sənədlə tanış olmalarını tövsiyə edirik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026