Ağ Evdə İranla bağlı kritik brifinq – hərbi əməliyyat ehtimalı artır
Tarix: 30-04-2026 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər
ABŞ prezidenti Donald Trampın kəşfiyyat icması nümayəndələri ilə Ağ Evdə keçirəcəyi qapalı görüş diqqət mərkəzinə düşüb. Brifinqin İranla bağlı gərginlik fonunda təşkil olunması müzakirələri daha da gücləndirib.
Məlumata görə, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq və media üçün qapalı keçiriləcək. ABŞ mediası isə bu addımı Vaşinqtonun İran siyasətində yeni mərhələyə keçid ehtimalı ilə əlaqələndirir.
Bəzi nəşrlərin iddiasına əsasən, ABŞ Mərkəzi Komandanlığı İran hədəflərinə qarşı “qısa və güclü zərbələr” ssenarisini hazırlayıb. Bu planın məqsədinin Tehranla nüvə danışıqlarında yaranmış dalanı aradan qaldırmaq və təzyiqi artırmaq olduğu bildirilir.
Eyni zamanda, Yaxın Şərqə hipersəs raket sistemlərinin yerləşdirilməsi ilə bağlı müzakirələr də gündəmdədir. Bu texnologiyanın mümkün istifadəsi ABŞ üçün yeni hərbi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Hazırda Ağ Evdən rəsmi təsdiq verilməsə də, ekspertlər görüşün nəticələrinin ABŞ–İran münasibətlərində ciddi dönüş yarada biləcəyini istisna etmir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-04-2026