Azərbaycanın U-17 millisi Pakistan yığmasına qalib gəldi
Tarix: 30-04-2026 | Saat: 13:03
Bölmə:İdman | çapa göndər

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
aia.az xəbər verir ki, yığma üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da, Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb.
U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-04-2026