Mobil versiya
Mertsdən Ermənistanla bağlı ŞOK qərar
Tarix: 02-05-2026 | Saat: 20:44
Bölmə:Dünya | çapa göndər

Mertsdən Ermənistanla bağlı ŞOK qərar


Ermənistanda keçiriləcək beynəlxalq toplantı ərəfəsində diqqətçəkən qərar verilib.

aia.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Avropa Siyasi Birliyinin (EPC) İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək.

Təxminən 50 ölkənin nümayəndələrinin qatılacağı bu toplantı ilk dəfə Almaniya hökumət başçısının iştirakı olmadan keçiriləcək.

Almaniya hökumətinin nümayəndəsi bildirib ki, səfərin ləğv edilməsinə səbəb kanslerin digər öhdəlikləridir. Məlumata görə, Merts həmin gün CDU partiyasının Berlin şəhərində keçiriləcək rəhbər heyət iclasında iştirak edəcək. Almaniyanı sammitdə kimin təmsil edəcəyi hələlik açıqlanmayıb.

Avropa Siyasi Birliyi platforması 2022-ci ildə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılıb və məqsəd Avropa İttifaqı ilə digər Avropa ölkələri arasında siyasi dialoqu gücləndirməkdir.

İndiyədək keçirilən bütün sammitlərdə Almaniya kansleri iştirak edib. Əvvəlki kansler Olaf Şolts 5 görüşə qatılıb, Fridrix Merts isə ötən il Albaniya və Danimarkada keçirilən iki sammitdə iştirak etmişdi.

Sammitlərə demək olar ki, bütün Avropa ölkələri, o cümlədən Türkiyə və Ukrayna dəvət olunur. Rusiya və Belarus isə bu platformada iştirak etmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2026