Mobil versiya
Ölkədə kredit kartları niyə azalıb?
Tarix: 06-05-2026 | Saat: 16:58
Bölmə:İqtisadiyyat | çapa göndər

Ölkədə kredit kartları niyə azalıb?

Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarını verilməsinin qarşısını alıb.

aia.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Biz əmək haqqının 5 misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.

AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartı olub. Son 1 ildə debet kartların sayı 12 % artıb, kredit kartlarının sayı isə 9 % azalıb. Kartların ümumi sayında 10 % artım qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2026