Eltun Süleymanov: "Şükürbəyli kəndində səslənən qətiyyətli mesaj Qarabağ artıq Azərbaycanın əbədi inkişaf və Zəfər məkanına çevrilib"
Tarix: 12-05-2026 | Saat: 11:28
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Otuz ilə yaxın həsrətin, nisgilin və məcburi köçkün taleyinin ardından doğma yurda dönüşün necə böyük mənəvi güc daşıdığını yalnız o yolları göz yaşları ilə tərk etmiş insanlar anlayır. Bu gün isə həmin yollar qürurla geri qayıdan insanların ayaq səsləri ilə yaşayır. Mayın 9-da cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevain Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfəri məhz belə bir tarixi və mənəvi tablonun fonunda baş verdi. Bu görüş təkcə sakinlərlə səmimi təmas deyildi. Bu, Azərbaycan dövlətinin Zəfərdən sonra yaratdığı yeni reallığın növbəti nümayişi idi.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, Şükürbəyli kəndi bu gün yalnız yenidən qurulan yaşayış məntəqəsi deyil. Bu kənd Azərbaycan xalqının iradəsinin, dövlətin siyasi qətiyyətinin və milli qürurunun simvoluna çevrilib. İşğal illərində tamamilə dağıdılan, xarabalığa çevrilən bir kəndin qısa müddətdə müasir yaşayış məkanına dönməsi artıq dünyaya verilən açıq mesajdır. Azərbaycan təkcə qalib gəlməyi deyil, həm də qurmağı, yaratmağı və dirçəltməyi bacaran dövlətdir. Cənab Prezident İlham Əliyevin sakinlərlə görüş zamanı səsləndirdiyi fikirlər əslində bütövlükdə postmüharibə dövrünün siyasi manifesti kimi qiymətləndirilə bilər. Dövlət başçısı xüsusi vurğuladı ki, Ermənistan işğal dövründə bu torpaqlarda “bir daşı daş üstə qoymamışdı”. Bu ifadə sadəcə faktın səsləndirilməsi deyildi. Bu, işğalçı siyasətin mahiyyətinə verilən ən sərt siyasi qiymət idi. Digər tərəfdən cənab Prezidentin “Biz isə qurub-yaradırıq” mesajı Azərbaycanın bölgədə yaratdığı yeni inkişaf modelinin əsas fəlsəfəsini ortaya qoydu. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlər təkcə bərpa layihələri deyil. Bu proses milli ləyaqətin bərpasıdır, dövlət gücünün nümayişidir, tarixi ədalətin təmin olunmasıdır. Şükürbəyli kəndində yaradılan şərait bunun ən aydın nümunəsidir. Müasir evlər, məktəb, musiqi məktəbi, uşaq bağçaları, tibb məntəqəsi, geniş yollar və sosial obyektlər bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşını doğma torpağa yalnız qaytarmır, həm də onun rahat və təhlükəsiz həyatını təmin edir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də keçmiş məcburi köçkünlərin doğma torpaq sevgisinə verdiyi yüksək qiymət oldu. Dövlət başçısı dedi: “Doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir”. Bu fikir əslində son otuz ilin ağrısını, həsrətini və eyni zamanda xalqın milli bağlılığını ifadə edən ən güclü mesajlardan biri idi. Çünki Azərbaycan insanı heç vaxt Qarabağdan mənəvi olaraq ayrılmadı. İllərlə çadırlarda, yataqxanalarda, müxtəlif bölgələrdə yaşayan insanlar bir gün geri qayıdacaqlarına inanırdılar. Bu gün isə həmin inam dövlətin siyasi qələbəsi ilə gerçəyə çevrilib. Şükürbəyli görüşü həm də Böyük Qayıdış proqramının hansı miqyasda həyata keçirildiyini göstərdi. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, artıq Cəbrayılda minlərlə insan yaşayır və qayıtmaq istəyənlərin sayı daha da artır. Bu fakt təsdiq edir ki, Qarabağa dönüş artıq emosional çağırış deyil, real həyat prosesidir. Ən mühüm məqamlardan biri isə dövlətin bölgədə uzunmüddətli iqtisadi inkişaf modeli qurmasıdır. Cənab Prezident İlham Əliyevin “Araz Vadisi” Sənaye Zonası haqqında verdiyi məlumatlar göstərir ki, azad edilmiş ərazilər yaxın gələcəkdə Azərbaycanın iqtisadi güc mərkəzlərindən birinə çevriləcək. Bu gün artıq həmin sənaye zonasında onlarla müəssisə fəaliyyət göstərir, istehsal prosesləri başlanıb və yeni iş yerləri yaradılır.
Cəbrayılın strateji əhəmiyyəti yalnız kənd təsərrüfatı və sənaye ilə məhdudlaşmır. Regionun nəqliyyat imkanları da tamamilə yeni mərhələyə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin bir hissəsi olan müasir magistral yol gələcəkdə Cəbrayılı beynəlxalq tranzit xəttinin əsas nöqtələrindən birinə çevirəcək. Bu isə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirən amildir. Səfər zamanı diqqət çəkən əsas məqamlardan biri də enerji layihələri ilə bağlı oldu. Cənab Prezident İlham Əliyev bildirdi ki, Cəbrayılda üç böyük Günəş elektrik stansiyası inşa edilir və onların ümumi gücü 340 meqavat olacaq. Dövlət başçısının sözləri ilə desək: “Bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar”. Bu, sadəcə enerji göstəricisi deyil. Bu, Azərbaycanın Qarabağı gələcəyin yaşıl enerji mərkəzinə çevirmək strategiyasının göstəricisidir. Su elektrik stansiyaları, Günəş enerjisi layihələri və müasir enerji infrastrukturu bölgənin iqtisadi inkişafını daha da sürətləndirəcək. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi emosional çalar da hiss olunurdu. Dövlət başçısı şəhidlərin xatirəsini ehtiramla yad edərək vurğuladı ki, bu torpaqlar qan bahasına azad olunub. Cənab Prezidentin “Bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur” fikri Azərbaycan xalqının qazandığı tarixi nailiyyətin miqyasını ifadə edir. Doğrudan da, müasir dünya tarixində dağıdılmış ərazilərin bu qədər qısa müddətdə yenidən qurulması nadir hallarda müşahidə olunur. Azərbaycan dövləti cəmi bir neçə il ərzində Qarabağda yollar, tunellər, hava limanları, yaşayış kompleksləri, məktəblər və sənaye müəssisələri inşa edib. Bu gün Şükürbəyli kəndində yanan işıqlar Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və milli birliyinin rəmzinə çevrilib.
Bu səfərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində baş tutması isə xüsusi məna daşıyır. Çünki bu gün Qarabağda həyata keçirilən bütün bu möhtəşəm proseslərin təməlində məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Güclü ordu quruculuğu, milli birlik, siyasi sabitlik və müstəqil dövlət modeli nəticə etibarilə Azərbaycanın tarixi Zəfərinə yol açdı. Şükürbəyli kəndində səslənən hər bir fikir, hər bir mesaj artıq yeni dövrün siyasi reallığını təsdiqləyir. Qarabağ bu gün Azərbaycanın təkcə coğrafi məkanı deyil. Qarabağ artıq milli qürurun, siyasi qüdrətin və böyük gələcəyin simvoludur. Burada yenidən həyat başlayıb. Burada Azərbaycan öz tarixini yenidən yazır-deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2026