Mobil versiya
"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" - Deputat
Tarix: 12-05-2026 | Saat: 12:44
Bölmə:Karusel / Parlament | çapa göndər

"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" -

"Son vaxtlar eşdirik ki, qəbiristanlıqda uşaq tapıldı. Valideyn ondan imtina edib. Hansı valideyn cahillikdən, imkansızlıqdan uşağından imtina edirsə, dövlət o uşağa sahib çıxmalıdır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

"Xarici ölkələrdə belədir. Dövlət hətta valideyn nəzarətində olan, amma valideynin yaxşı davranmadığı uşağa dərhal sahib çıxır. Dövlət uşaq müəssisələrinin sayı artırılmalıdır. Dərhal bu uşaqlar götürülərək dövlətin himayəsində böyüməlidir", - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-05-2026