“Məni dayandıran yox, dəstək olan kişi istəyirəm” - Elif Aysel sirləri açdı
Tarix: 12-05-2026 | Saat: 17:33
Bölmə:Şou-biznes | çapa göndər

Türkiyə sənət dünyasında addım-addım yüksələn aktrisa və aparıcı Aysel Nazim Musavat.com-un suallarına cavab verib.
Sənətçi karyera yolunda yaşadığı çətinliklərdən, şöhrətin görünməyən tərəflərindən, sevgi və münasibətlərə baxışından, eləcə də yaxın zamanda tamaşaçıları gözləyən yeni layihələrindən danışıb.
- Türkiyədə tanınmaq üçün nə etmək lazımdır? İstedad kifayət edirmi?
- Türkiyədə tanınmaq və iş ala bilmək üçün təkcə istedad kifayət etmir. İstedad çox önəmlidir, amma bu sahədə davamlılıq, intizam, doğru çevrə, həmin çevrə ilə səmimi münasibət qurmaq və eyni zamanda özünü düzgün təqdim etmək də ən az onun qədər vacibdir. Türkiyənin sənət və media sektoru çox böyük rəqabətin olduğu bir bazardır. Buna görə insan həm daim öz üzərində işləməli, həm də səbrli olmalıdır.
Məncə, ən önəmli məsələ insanın öz fərqini ortaya qoya bilməsidir. Tamaşaçı artıq sadəcə gözəl görünüşə deyil, enerjiyə, səmimiyyətə və xarakterə də diqqət edir. Əgər insan işini həqiqətən sevirsə və vaz keçmirsə, bir gün mütləq qarşılığını alır. Mən də bu yolda həm çətinliklər, həm də çox dəyərli təcrübələr yaşamışam.
- Hazırda hansı tamaşalarınız və yenilikləriniz var?
- Hazırda həm teatr, həm də film sahəsində aktiv şəkildə çalışıram. Son dönəmdə ən çox diqqət çəkən işlərimdən biri “Rus gəlin” adlı iki nəfərlik komediya tamaşasıdır. Tamaşa qadın-kişi münasibətlərini həm emosional, həm də yumoristik tərəfdən təqdim edir və tamaşaçılar tərəfindən çox sevilir. Səhnədə canlı reaksiyalar almaq mənim üçün çox dəyərlidir.
Hazırda həm “Rus gəlin”, həm də “Əlvida Maria” adlı iki tamaşada rol alıram. Bununla yanaşı, yeni televiziya proqramı və baş rolda oynadığım iki yeni film layihəm də yaxın zamanda nümayiş olunacaq. Yayda həm musiqili veriliş, həm də yeni film çəkilişləri olacaq. Yaydan sonrakı layihələr, yəni yeni mövsüm üçün isə danışıqlar davam edir.
Musiqi ilə bağlı da xüsusi planlarım var. Öz yazdığım sözləri səsləndirməyi və kitab çıxarmağı düşünürəm, bu istiqamətdə hazırlıqlar edirəm. Mən hər zaman fərqli sahələrdə özümü inkişaf etdirməyi sevirəm. Düşünürəm ki, sənət insanı daim yeniləyən və dəyişdirən bir yoldur.
- Bu gün bütün kameralar sönsə, Elif Aysel Nazim haqqında hansı həqiqəti ilk dəfə etiraf edərdiniz?
- Əslində insanlar məni çox sosial və enerjili biri kimi tanıyır. Amma kameralar söndükdən sonra mən sakitliyi sevən, öz dünyasında qalmağı bacaran biriyəm. Bəzən heç kimlə danışmadan sadəcə musiqi dinləmək, düşünmək və özümlə vaxt keçirmək mənə çox yaxşı təsir edir. Bəzən isə sadəcə rəqs etmək enerjimi yeniləyir.
Çox adam bilmir ki, uğurun arxasında görünməyən böyük bir emosional yük olur. İnsan səhnədə gülümsəyərkən belə, daxilində mübarizələr yaşaya bilər. Mən də həyatımda bir çox çətinliklərdən keçmişəm. Amma bütün bunlar məni daha güclü, daha yetkin və həyata qarşı daha realist edib.
Onu da qeyd edim ki, səhnə mənim üçün sadəcə iş deyil, özümü ifadə etdiyim ən səmimi yerdir.
- İnsanlar sizi həqiqətən tanıyır, yoxsa yaratdığınız obrazı?
- Düşünürəm ki, insanlar daha çox mənim görünən tərəfimi tanıyırlar - səhnədəki enerjimi, ekrandakı obrazımı, gülümsəməyimi... Amma insanın daxili dünyası həmişə görünəndən daha dərindir.
Hər insan kimi mənim də susduğum, yalnız özümə saxladığım hisslərim, keçdiyim yollar və yaşadığım təcrübələr var. Bəzən insanlar sənətçini sadəcə parlaq tərəfi ilə tanıyır, amma əsl xarakter çətin anlarda formalaşır. Mən həyatda yaşadığım hər hissdən, hər sınaqdan bir şey öyrəndim və düşünürəm ki, bütün bunlar məni bu gün olduğum insana çevirdi.
Hazırda üzərində çalışdığım kitab da əslində mənim daha görünməyən tərəfimi insanlara göstərəcək. Kitabda yer alan şeirlər və həyat təcrübələrim vasitəsilə insanların məni daha yaxından tanıyacağına inanıram. Çünki bəzən insanın içindən keçənləri ən yaxşı sözlər və şeirlər danışır. Yaratdığım obrazları isə sevirlər, hər zaman sevgi dolu mesajlar alıram və bu da məni xoşbəxt edir.
- “Məşhurluq eqo yaradır” fikri ilə razısınız? Sizdə eqo yarandığını qəbul edirsiniz?
- Məncə, məşhurluq insanın daxilində olan xarakteri daha çox ortaya çıxarır. Əgər insanın daxilində eqo varsa, məşhurluq onu daha görünən edir. Amma insan özünü və haradan gəldiyini unutmursa, uğur onu dəyişdirməməlidir.
Mən şöhrətin müvəqqəti, insanlığın isə qalıcı olduğuna inanıram. Bu sənətdə insanlar sizi bir gün çox sevə bilər, başqa bir gün isə sərt şəkildə tənqid edə bilər. Ona görə ayaqların həmişə yerdə olmalıdır.
Özümə gəlincə, əlbəttə ki, insan uğur qazandıqca özünə inamı artır. Amma mən bunun eqodan çox, özünü tanımaq və öz dəyərini bilmək olduğunu düşünürəm. Mən hələ də səmimi münasibətlərə, hörmətə və sadəliyə çox önəm verirəm. Məncə, insanı böyüdən şey eqo deyil, xarakterdir.
- Məşhur qadınlara qarşı niyə cəmiyyətin münasibəti birmənalı olmur?
- Məşhur qadın həm uğurlu, həm gözəl, həm də öz ayaqları üzərində dayanan biri olduqda insanlar onu ya çox sevir, ya da çox sərt şəkildə mühakimə edir. Amma düşünürəm ki, artıq zaman dəyişir. Qadınların sadəcə görünüşü ilə deyil, zəhməti, istedadı və uğurları ilə dəyərləndirilməsi daha vacibdir.
Məncə, güclü qadın bəzi insanları narahat edə bilər, çünki öz qərarlarını verən qadın hər zaman standart çərçivələrə sığmır. Əslində bəzən kişilər də ağıllı və güclü qadından qorxur. Amma düşünürəm ki, ağılsız kişilər qorxar, ağıllı kişi isə bunu qiymətləndirər və gücünə güc qatar.
Mən həyatım boyu çalışmışam ki, insanların nə düşündüyündən çox, öz daxili səsimi dinləyim. Çünki sənətdə də, həyatda da ən önəmli şey özün olaraq qala bilməkdir.
- “Qadınlar yalnız varlı kişi axtarır” fikri niyə yaranıb və sizcə, bu, nə qədər doğrudur?
- Bu fikir illərlə formalaşmış stereotiplərdən yaranıb. Bəzən cəmiyyət qadının seçimlərini çox səthi şəkildə qiymətləndirir və münasibətlərə yalnız maddi tərəfdən baxır. Halbuki hər qadının həyatdan gözləntiləri fərqlidir.
Əlbəttə, heç kim yanında məsuliyyətsiz və həyatda məqsədi olmayan bir insan görmək istəməz. Qadın özünü güvəndə hiss etmək istəyir və bu, yalnız maddiyyat deyil, həm də mənəvi dayaq, hörmət və sabitlik deməkdir. Amma sevgini yalnız pulla ölçmək çox yanlış yanaşmadır.
Məncə, ağıllı qadın üçün ən vacib şey kişinin xarakteri, münasibətdə davranışı, qadına verdiyi dəyər və birlikdə qurulan həyatdır. Çünki maddi imkan zamanla dəyişə bilər, amma insanın xarakteri və münasibəti daha önəmlidir.
- Kişidə sizi ilk cəlb edən nədir: xarici görünüş, xarakter, yoxsa güc?
- Əslində mənim üçün ilk təsir həmişə insanın enerjisi və duruşudur. Amma zamanla anlayırsan ki, təkcə hisslər kifayət etmir, münasibətdə sabitlik də çox önəmlidir.
Məncə, burada maddi güc də müəyyən mənada önəmlidir, amma bu, təkcə pul demək deyil. Daha çox insanın məsuliyyətli olması, çalışqanlığı və öz ayaqları üzərində dura bilməsidir. Yəni kişi kiməsə möhtac olmadan öz həyatını qura bilməli və sevdiyi insanı da güvəndə hiss etdirməlidir.
Digər tərəfdən, elə insanlar da var ki, maddi imkanı yüksək olsa da, paylaşmağı və dəyər verməyi bacarmır. Elələri də var ki, böyük imkanlara sahib olmasalar da, qadınına dəyər verən, onu qoruyan və yanında olduğunu hiss etdirən insanlardır. Məncə, əsl güc də elə buradadır - imkanla deyil, xarakterlə bağlıdır.
Mənim üçün ideal balans budur: həm xarakter, həm məsuliyyət, həm də qadınına dəyər verib onu həyatda tək hiss etdirməyən bir duruş.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2026