Mobil versiya
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
Tarix: 14-05-2026 | Saat: 12:34
Bölmə:Gündəm | çapa göndər

Gürcüstanda ağır qəza -

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

aia.az “Aktual.ge” portalına istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2026