Mobil versiya
Ağcabədidə güclü külək fəsadlara səbəb olub
Tarix: 14-05-2026 | Saat: 14:00
Bölmə:Ölkə | çapa göndər

Ağcabədidə güclü külək fəsadlara səbəb olub

Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

aia.az-ın xəbərinə görə, ötən gecə qeydə alınan güclü külək nəticəsində şəhər ərazisində irigövdəli ağaclardan biri aşaraq “Mercedes-Benz” və “VAZ-2106” markalı minik avtomobillərinin üzərinə düşüb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xəsarət alanların olmadığı bildirilir.

Bundan başqa, şəhərin digər hissəsində aşan ağac qaz və elektrik xətlərini qırıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2026