Azər Kərimli: “Rəqəmsal transformasiya məsələlərinə ayrılan xüsusi diqqət Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini əks etdirir”
Tarix: 16-05-2026 | Saat: 11:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Türk Dövlətləri Təşkilatının Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü türk dünyasında əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərən mühüm siyasi hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın həm təşkilat daxilində, həm də bütövlükdə regionda təşəbbüskar dövlət kimi çıxış etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının Qazaxıstan ilə Azərbaycan arasındakı münasibətlərə verdiyi yüksək qiymət xüsusi diqqət çəkdi. Qeyd olundu ki, iki ölkə arasında sıx əlaqələri görmək üçün Prezidentlər səviyyəsində qarşılıqlı səfərlərə baxmaq kifayətdir. Bu fikir əslində Azərbaycan-Qazaxıstan münasibətlərinin formal diplomatik çərçivədən xeyli irəli getdiyini göstərir. Hər iki dövlət türk dünyasının siyasi həmrəyliyinin gücləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı istiqamətində koordinasiyalı fəaliyyət nümayiş etdirir. Xəzər regionunda formalaşan yeni geoiqtisadi reallıqlar da bu tərəfdaşlığın əhəmiyyətini artırır.”
Milli Məclisin deputatı Azər Kərimli bu fikirləri aia.az-a açıqlamasında səsləndirib.
Millət vəkili Prezident İlham Əliyevin çıxışında rəqəmsal transformasiya məsələlərinin önə çəkilməsini çox mühüm məqamlardan biri kimi səciyyələndirib: “Dövlət başçısının rəqəmsal transformasiya məsələlərinə xüsusi diqqət ayırması Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi ölkənin əsas prioritetlərindəndir. Müasir dövrdə texnologiya yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də milli təhlükəsizlik və dövlət idarəçiliyinin mühüm elementidir. Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələr regionda yeni texnoloji əməkdaşlıq mühitinin yaranmasına şərait yaradır. Əlbəttə ki, Zirvə görüşündə Orta Dəhlizin inkişafı ilə bağlı səsləndirilən fikirlər də xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gömrük prosedurlarının sadələşdirilməsi və “e-Permit” sisteminin tətbiqi yükdaşımaların operativliyini artırır. Bu addımlar türk dövlətləri arasında iqtisadi əlaqələrin daha çevik və səmərəli şəkildə qurulmasına imkan verir. Xüsusilə qlobal logistika marşrutlarında yaşanan dəyişikliklər fonunda Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəlməsi Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Türküstan Zirvə görüşü göstərdi ki, türk dövlətləri arasında əməkdaşlıq artıq konkret iqtisadi, texnoloji və humanitar layihələr üzərində qurulur. Azərbaycan isə bu prosesin əsas təşəbbüskarlarından biri kimi çıxış edir” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-05-2026
15-05-2026