Türk Dünyasının Güclənən Birliyi və Yeni İnkişaf Perspektivləri
Tarix: 16-05-2026 | Saat: 12:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü türk dünyasının gələcək inkişaf trayektoriyası baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, ilk dəfə 2024-cü ildə Şuşada keçiriən TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü artıq ənənəyə çevrilib. Bu Zirvə görüşləri türk dövlətləri arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi, strateji əməkdaşlıq perspektivlərinin müzakirəsi, ortaq maraqların qorunması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, artıq Türk Dövlətləri Təşkilatı yalnız ortaq tarixi köklərə söykənən əməkdaşlıq platforması deyil, eyni zamanda regional və qlobal miqyasda söz sahibi olan strateji güc mərkəzinə çevrilməkdədir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bu gün türk dövlətləri arasında münasibətlər sadəcə diplomatik əlaqələr çərçivəsi ilə məhdudlaşmır. Xüsusilə ortaq tarixə, mədəniyyətə, dilə və strateji maraqlara malik dövlətlərin birlik modeli artıq yalnız siyasi platforma deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlığın mühüm mexanizminə çevrilib. Bu birlik ortaq milli-mənəvi dəyərlər və tarixi yaddaş əsasında türk dünyasını vahid ailə kimi birləşdirən mühüm strateji platforma funksiyası daşıyır.
Prezident İlham Əliyevin “Türk dünyası 21-ci əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri isə təşkilatın gələcək strateji hədəflərini və ortaq inkişaf modelini ifadə edən mühüm siyasi baxışdır. Bu yanaşma göstərir ki, türk dövlətləri artıq beynəlxalq proseslərə təsir imkanları artan siyasi-iqtisadi güc platforması kimi çıxış etməyə başlayır. Dünyada yeni güc mərkəzlərinin formalaşdığı, enerji təhlükəsizliyi və nəqliyyat marşrutlarının aktuallaşdığı bir dövrdə Türk Dövlətləri Təşkilatının rolu daha da artır.
Eyni zamanda Prezident İlham Əliyevin çıxışında rəqəmsal inkişaf, innovasiya və süni intellekt məsələlərinə xüsusi diqqət yetirməsi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Dövlət başçısının texnoloji modernləşməni milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi təqdim etməsi onu göstərir ki, Azərbaycan artıq ənənəvi resurslara əsaslanan iqtisadi modeldən innovasiya və bilik iqtisadiyyatına keçidi prioritet hesab edir.
Cənab Prezidentin “rəqəmsal suverenlik” anlayışını ön plana çıxarması müasir dövrdə texnoloji təhlükəsizliyin, milli informasiya məkanının qorunmasının və rəqəmsal idarəetmə imkanlarının gücləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətinə çevrildiyini göstərir. Çünki qlobal rəqabət artıq yalnız iqtisadi və hərbi güclə deyil, həm də texnologiya, data təhlükəsizliyi və süni intellekt imkanları ilə müəyyən olunur.
Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması isə Azərbaycanın post-neft dövrünə hazırlıq strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu addımlar yüksək texnologiyalar sahəsində milli kadr potensialının formalaşdırılmasına, innovativ ekosistemin inkişafına və rəqabətqabiliyyətli iqtisadi modelin qurulmasına xidmət edir. Eyni zamanda bu təşəbbüslər Azərbaycanın regionda rəqəmsal transformasiya və texnoloji inkişaf istiqamətində lider mövqeyini daha da gücləndirir.
Prezident İlham Əliyev nitqində rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq deyib: “Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır”. Bu fikirlər türk dünyasının əməkdaşlıq modelinin artıq yeni texnoloji mərhələyə keçdiyini göstərir. Bu yanaşma onu təsdiqləyir ki, türk dövlətləri yalnız enerji və nəqliyyat sahəsində deyil, həm də rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və texnoloji inteqrasiya istiqamətində ortaq strateji platforma formalaşdırırlar. “Rəqəmsal İpək Yolu” layihəsi türk dövlətləri arasında rəqəmsal bağlantının gücləndirilməsi ilə yanaşı, Avropa və Asiya arasında yeni texnoloji körpünün qurulmasına xidmət edir. Trans-Xəzər Fiber-Optik Kabel xətti isə Azərbaycanın regionun rəqəmsal kommunikasiya və data tranziti mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyri-rəsmi Zirvə görüşünün nəticələri onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni mərhələ başlanır. Bu mərhələ yalnız siyasi dialoqun genişlənməsi ilə deyil, həm də ortaq strateji hədəflər ətrafında daha sistemli və praktik əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə xarakterizə olunur. Türk dünyasının birliyi artıq ideoloji çağırışdan çıxaraq real siyasi, iqtisadi, texnoloji və geostrateji əməkdaşlıq modelinə çevrilir.
Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu birliyin gücləndirilməsində aparıcı rol oynayan dövlətlərdən biri kimi çıxış edir. Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, ortaq maraqların qorunmasına və gələcək nəsillər üçün daha güclü əməkdaşlıq platformasının formalaşdırılmasına mühüm töhfə verir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-05-2026