Mobil versiya
İlon Maskın transgender övladı ilə bağlı paylaşımı sosial medianı qarışdırdı
Tarix: 18-05-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

İlon Maskın transgender övladı ilə bağlı paylaşımı sosial medianı qarışdırdı


Amerikalı milyarder Elon Musk sosial şəbəkədə etdiyi yeni paylaşımı ilə yenidən geniş müzakirələrə səbəb olub.

X platformasında paylaşdığı mesajda Mask “woke ideologiyasının” ailəsinə ağır təsir göstərdiyini iddia edib və bu fikirlər qısa müddətdə milyonlarla baxış toplayıb.

Müşahidəçilər hesab edirlər ki, paylaşım Maskın transgender kimliyi ilə tanınan övladı Vivian Jenna Wilson ilə uzun müddətdir davam edən gərgin münasibətlərinə işarə edir. Vivian əvvəllər Xavier Musk adı ilə tanınırdı və son illərdə atasından ictimai şəkildə uzaqlaşması ilə gündəmə gəlmişdi.

Mask son illərdə “woke mind virusu” ifadəsini tez-tez istifadə edir və bu terminlə gender siyasəti, sosial ideologiyalar və müasir mədəni tendensiyaları tənqid etdiyini bildirir.

Paylaşım sosial mediada iki fərqli reaksiyaya səbəb olub. Bir qrup istifadəçi Maskın şəxsi fikirlərini açıq ifadə etdiyini müdafiə etsə də, digər tərəf onun açıqlamalarını sərt və cəmiyyətdə parçalanma yaradan çıxış kimi qiymətləndirib.

Mövzu qısa müddətdə X platformasında ən çox müzakirə olunan paylaşımlardan birinə çevrilib və gender, ailə münasibətləri, ifadə azadlığı mövzularında yeni debatlar yaradıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-05-2026