Pekin geri addım atır? – Ağ Evdən Çinlə bağlı VACİB açıqlama
Tarix: 18-05-2026 | Saat: 21:12
Bölmə:Özəl | çapa göndər

China ABŞ-ın narahatlığına səbəb olan nadir torpaq metalları ilə bağlı məhdudiyyətləri yumşaltmağa hazırlaşır.
Ağ Evin yaydığı açıqlamada bildirilir ki, Pekin nadir torpaq metalları sektorunda yaranan təchizat problemləri ilə bağlı Vaşinqtonun iradlarına cavab olaraq müəyyən addımlar atacaq. Söhbət həm bu məhsulların ixracına qoyulan məhdudiyyətlərdən, həm də emal texnologiyaları və avadanlıqlarına tətbiq edilən qadağalardan gedir.
Məlumata görə, məsələ Donald Trumpın Pekinə səfəri zamanı aparılan danışıqlarda əsas mövzulardan biri olub. Vaşinqton hesab edir ki, Çin tərəfindən tətbiq olunan məhdudiyyətlər qlobal texnologiya və sənaye zəncirinə ciddi təsir göstərir.
Ağ Evin açıqlamasında daha bir diqqətçəkən detal da yer alıb. Bildirilib ki, Çin ABŞ-ın Boeing şirkətindən 200 sərnişin təyyarəsi almağa razılıq verib.
Ekspertlər hesab edirlər ki, bu addımlar Vaşinqton və Pekin arasında iqtisadi gərginliyin müəyyən qədər yumşaldılması cəhdi kimi qiymətləndirilə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-05-2026
20:22 Vətəndaşlıq borcu