Ermənistan və Türkiyə MASADA – Arazla bağlı mühüm razılaşma
Tarix: 21-05-2026 | Saat: 14:53
Bölmə:Özəl | çapa göndər

Ermənistan və Türkiyə arasında transsərhəd su ehtiyatlarının idarə olunması ilə bağlı növbəti görüş keçirilib.
Erməni KİV-lərinin məlumatına görə, tərəflər Araz çayı və Axuryan çayı üzərində birgə istifadə və idarəetmə məsələlərini müzakirə ediblər.
Görüş çərçivəsində “Sərdarapat tənzimləyicisinin istismarı” və “Axuryan su anbarının fəaliyyəti” əsas müzakirə mövzuları olub.
Məlumata görə, danışıqlar əvvəlcə Ermənistan–Türkiyə sərhəd-keçid məntəqəsində, daha sonra isə “Jrar” şirkətinin inzibati binasında davam etdirilib.
Tərəflər arasında su ehtiyatlarının idarə olunması və texniki əməkdaşlıq istiqamətində bir sıra mühüm razılaşmaların əldə edildiyi bildirilir.
Analitiklər hesab edirlər ki, bu görüş regionda kommunikasiya və əməkdaşlıq kanallarının açılması baxımından diqqətçəkən addımlardan biri sayılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-05-2026