Mobil versiya
500 mindən çox abonenti maraqlandıran yenilik - ADSEA rəsmisi açıqladı
Tarix: 23-05-2026 | Saat: 19:17
Bölmə:Ölkə | çapa göndər

500 mindən çox abonenti maraqlandıran yenilik - ADSEA rəsmisi açıqladı


“Hazırda, əsasən, mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb”.

aia.az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

Onun sözlərinə görə, texniki pasportlara əsasən, onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur:

“Smart sayğaclar müəyyən qədər “ağıllı idarəetmə” imkanı yaratsa da, biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik. Hazırda 500 mindən çox abonentin sayğacı yaşayış evlərində yerləşir və bu sayğacların əməkdaşlar tərəfindən oxunması və fakturalaşdırılması zamanı müəyyən çətinliklər yaranır. Bu səbəbdən sayğac göstəricilərinin oxunması və fakturaların formalaşdırılması üçün xüsusi elektron xidmət hazırlanıb”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2026