Mobil versiya
Kiyevə raket hücumunda Ukraynadakı səfirliyimizə ziyan dəyiib
Tarix: 24-05-2026 | Saat: 10:53
Bölmə:Dünya | çapa göndər

Kiyevə raket hücumunda Ukraynadakı səfirliyimizə ziyan dəyiib


Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbələri nəticəsində mülki infrastrukturlara ciddi ziyan dəyib, dağıntılar var.

“aia.az” AZƏRTAC-a istinadən xəbər verir ki, raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə hədəflənib.

Bəzi raketlər isə səfirlikdən 300 metr məsafəyə düşüb. Hava zərbələri nəticəsində səfirliyin pəncərələri sınıb.

Səfirliyə yaxın ərazilərə raket zərbələrinin vurulması nəticəsində “Lukyanovka” bazarı və “Kvadrat” ticarət mərkəzi tamamilə yanaraq məhv olub. Həmçinin bəzi yaşayış binalarında da dağıntılar qeydə alınıb.

Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava zərbələri nəticəsində azı iki nəfər həlak olub, 40-dan çox insan isə xəsarət alıb. Yaralıların 28-i xəstaxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2026