Mobil versiya
Bərdədə maşın su arxına düşdü - Ölən və xəsarət alan var
Tarix: 24-05-2026 | Saat: 10:19
Bölmə:Ölkə | çapa göndər

Bərdədə maşın su arxına düşdü - Ölən və xəsarət alan var



Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“aia.az”ın məlumatına görə, qəza rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı su arxına düşüb.

Qəza zamanı sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Pəri Həsənova isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2026