Prezident İlham Əliyevin kənd təsərrüfatı siyasəti: ərzaq təhlükəsizliyi, regional inkişaf və dayanıqlı aqrar gələcəyə doğru
Tarix: 26-05-2026 | Saat: 11:01
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dövlətinin iqtisadi inkişaf modelində kənd təsərrüfatı daim strateji sahələrdən biri kimi mühüm yer tutmuşdur. Bu sahə yalnız iqtisadi inkişaf baxımından deyil, həm də sosial rifahın təmin olunması, regionların inkişafı, məşğulluğun artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və milli iqtisadi müstəqilliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. 2026-cı il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə bu istiqamətdə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər göstərdi ki, kənd təsərrüfatının inkişafı Azərbaycan üçün sadəcə iqtisadi prioritet deyil, həm də milli təhlükəsizlik məsələsidir. Müasir dövrdə dünyada baş verən müharibələr, logistika zəncirlərinin pozulması, enerji böhranları, iqlim dəyişiklikləri və qlobal iqtisadi qeyri-sabitlik fonunda ərzaq təhlükəsizliyi hər bir dövlət üçün həyati əhəmiyyət daşıyan məsələyə çevrilmişdir. Azərbaycan da bu reallıqları nəzərə alaraq aqrar sektorun inkişafını strateji istiqamət kimi müəyyənləşdirir.
Bu siyasətin ideoloji və praktiki əsasları isə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda kənd təsərrüfatının dirçəldilməsi istiqamətində mühüm addımlar atılmış, torpaq islahatları həyata keçirilmiş, kənd insanının torpağa bağlılığının bərpası üçün mühüm qərarlar qəbul olunmuşdur. Aqrar islahatlar nəticəsində torpaqların özəlləşdirilməsi kənd təsərrüfatında sahibkarlığın inkişafına, fermer təsərrüfatlarının yaranmasına və kənd iqtisadiyyatının canlanmasına ciddi təkan vermişdir.
Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət yalnız güclü iqtisadiyyat üzərində qurula bilər və iqtisadiyyatın mühüm dayaqlarından biri kənd təsərrüfatıdır. Məhz onun rəhbərliyi dövründə kəndlərin sosial problemlərinin həlli, kənd təsərrüfatı istehsalının artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.
Prezident İlham Əliyev müşavirədə xüsusi vurğulamışdır ki, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramlarının əsas istiqamətlərindən biri məhz kənd təsərrüfatının inkişafı olmuşdur. İlk regional inkişaf proqramı kəndlərdə qazlaşdırma, elektrik enerjisi ilə təminat, avtomobil yollarının çəkilməsi, içməli və suvarma suyu infrastrukturunun yenilənməsi kimi həyati əhəmiyyətli problemlərin həllinə yönəlmişdi. Bu proqramlar nəticəsində Azərbaycanın bölgələri tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Əgər əvvəllər regionlarda elektrik enerjisinin verilişində ciddi fasilələr yaşanırdısa, qazlaşdırma çox aşağı səviyyədə idisə və yollar yararsız vəziyyətdə idisə, bu gün ölkənin qazlaşma səviyyəsinin 96 faizə çatması, regionlarda müasir yol və sosial infrastrukturun yaradılması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Kənd təsərrüfatının inkişafı üçün vacib olan əsas şərtlər – enerji, su, logistika və infrastruktur məsələləri sistemli şəkildə həll edilmişdir.
Prezident İlham Əliyevin çıxışında mühüm yer tutan istiqamətlərdən biri də subsidiya mexanizmlərinin təkmilləşdirilməsi idi. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, fermerlərə bu qədər geniş dəstək mexanizmi tətbiq edir. Yanacaq subsidiyaları, gübrə güzəştləri, güzəştli kreditlər, texnika təminatı və metodik dəstək aqrar istehsalın inkişafında mühüm rol oynayır. Dövlət başçısı bu mexanizmlərin daha çevik və çevrəyə uyğun olması zərurətini vurğulayaraq, subsidiyaların regionlara və istehsal istiqamətlərinə görə yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirmişdir.
Kənd təsərrüfatının inkişafında mühüm rol oynayan istiqamətlərdən biri də pambıqçılıq, üzümçülük, baramaçılıq, fındıqçılıq və digər ənənəvi sahələrin dirçəldilməsi olmuşdur. Bir zamanlar demək olar ki, tənəzzülə uğramış pambıqçılıq bu gün yenidən inkişaf edir, məhsuldarlıq və ümumi istehsal əhəmiyyətli dərəcədə artmışdır. Baramaçılıq və ipəkçilik bərpa edilmiş, fındıqçılıq üzrə Azərbaycan dünyanın aparıcı ixracatçı ölkələrindən birinə çevrilmişdir. Bu, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin real nəticəsidir.
Aqrar sahədə texnologiyaların tətbiqi də diqqət mərkəzindədir. Prezident İlham Əliyev müşavirədə torpaq sahələrinin elektron xəritələşdirilməsi, torpaq analizləri, süni intellekt və peyk imkanlarından istifadə edilməsinin vacibliyini xüsusi vurğulamışdır. Bu yanaşma kənd təsərrüfatında məhsuldarlığın artırılması və elmi əsaslarla idarəetmənin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın su ehtiyatlarının təxminən 25 faizinin formalaşdığı ərazilərdir. Bu potensialdan səmərəli istifadə olunması həm həmin bölgələrin inkişafını sürətləndirəcək, həm də ölkənin digər bölgələrinin su təminatına müsbət təsir göstərəcəkdir. Vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Sərsəng və Suqovuşan su sistemlərinin bərpası tarixi varisliyin bariz nümunəsidir.
Prezident İlham Əliyevin aqrar siyasətində mühüm məqamlardan biri kəndlərdən şəhərlərə axının qarşısının alınması və əksinə, şəhərlərdən kəndlərə qayıdış prosesinin stimullaşdırılması ideyasıdır. Bunun üçün kəndlə şəhər arasındakı sosial fərqlərin azaldılması, müasir məktəblərin, xəstəxanaların, xidmət sektorunun yaradılması, kənd yerlərində gəlir imkanlarının artırılması vacib amillər kimi müəyyənləşdirilmişdir.
2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı da məhz bu strateji məqsədlərə xidmət edir. Dövlət başçısının vurğuladığı kimi, proqramın maliyyə tutumu milyardlarla manatla ölçülür və həm dövlət, həm də özəl sektorun birgə fəaliyyəti nəzərdə tutulur. Yerli və xarici investorların aqrar sektora cəlb olunması, müasir emal müəssisələrinin yaradılması, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi proqramın əsas prioritetlərindəndir.
Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı siyasəti yalnız cari problemlərin həllinə yönəlməyib, həm də Azərbaycanın uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına, regionların sosial-iqtisadi inkişafına və dayanıqlı iqtisadi modelin formalaşdırılmasına hesablanmış strateji inkişaf konsepsiyasıdır.
Nəticə etibarilə demək olar ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş aqrar inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqları əsasında daha da zənginləşdirilmiş, innovativ texnologiyalar, müasir idarəetmə mexanizmləri, investisiya siyasəti və regional inkişaf proqramları ilə tamamlanmışdır. Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı sadəcə iqtisadi prioritet deyil, həm də milli təhlükəsizlik, ərzaq müstəqilliyi və sosial rifahın təminatı kimi strateji məqsədə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü aqrar siyasət yaxın illərdə Azərbaycanın kənd təsərrüfatında yeni uğurlar qazanacağına və ölkənin daha güclü iqtisadi dayaqlara malik olacağına ciddi əsas verir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-05-2026
11:21 Spiker WUF13-dən danışdı