Aqrar sektor dövlətin diqqət mərkəzindədir
Tarix: 26-05-2026 | Saat: 11:11
Bölmə:Siyasət | çapa göndər

Hazırda dünyada ərzaq təhlükəsizliyi məsələsi xüsusi aktuallıq kəsb edir. Qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və beynəlxalq bazarlardakı qeyri-sabitlik kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırır. Azərbaycan dövləti də bu çağırışları nəzərə alaraq daxili istehsalın artırılmasına, yerli məhsulların keyfiyyətinin yüksəldilməsinə və idxaldan asılılığın azaldılmasına xüsusi diqqət yetirir. Müasir suvarma sistemlərinin qurulması, aqroparkların yaradılması və rəqəmsal texnologiyaların tətbiqi kənd təsərrüfatının səmərəliliyini artıran əsas amillərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı prioritet istiqamət kimi müəyyən edilmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri də kənd təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsidir. Dövlət proqramları çərçivəsində regionlarda yeni emal müəssisələrinin yaradılması kənd yerlərində məşğulluğun artmasına və əhalinin sosial rifahının yüksəlməsinə müsbət təsir göstərir.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri də dövlətin aqrar sektora, onun sürətli inkişafına yönəlmiş strategiyası kimi səciyyələndirmək lazımdır.
Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı strateji əhəmiyyətə malik sahələrdən biridir. Bu sahə əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, regionlarda məşğulluğun artırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm rol oynayır. Son illərdə ölkədə kənd təsərrüfatının modernləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması və ixrac potensialının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Mövcud imkanlar və dövlət dəstəyi bu sahənin gələcək inkişaf perspektivlərini daha da gücləndirir.
Azərbaycan əlverişli iqlim şəraiti, münbit torpaqları və zəngin su ehtiyatları ilə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlara malikdir. Respublikada taxılçılıq, pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, heyvandarlıq və arıçılıq kimi sahələrin inkişafı üçün böyük potensial mövcuddur. Xüsusilə işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması yeni inkişaf mərhələsinin başlanğıcı hesab olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir aqrar təsərrüfatların yaradılması, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə geniş şərait yaradır.
Dövlətin kənd təsərrüfatının inkişafında rolu olduqca böyükdür. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Son illərdə fermerlərə subsidiyaların verilməsi, güzəştli kreditlərin ayrılması, texnika və gübrələrin güzəştli şərtlərlə təqdim olunması kənd təsərrüfatı istehsalçılarına mühüm dəstək olmuşdur. Aqrar Sığorta Fondunun fəaliyyəti fermerlərin risklərinin azaldılmasına xidmət edir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracının təşviqi məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir.
Kənd təsərrüfatının inkişaf perspektivləri sırasında ekoloji təmiz və üzvi məhsul istehsalının genişləndirilməsi də mühüm yer tutur. Dünya bazarında ekoloji məhsullara tələbatın artması Azərbaycanın ixrac imkanlarını genişləndirə bilər. Bunun üçün beynəlxalq standartlara uyğun istehsal sistemlərinin qurulması və fermerlərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır
Azərbaycan kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət, müasir texnologiyaların tətbiqi və regionların sosial-iqtisadi inkişafına yönəlmiş proqramlar bu sahənin gələcəkdə daha da güclənəcəyini göstərir. Kənd təsərrüfatının inkişafı yalnız iqtisadi artıma deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verir.
Əminə Ağazadə
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-05-2026
11:21 Spiker WUF13-dən danışdı