Terror aktlarının qurbanları və onların xilaskarları -Fotolar
Tarix: 26-05-2026 | Saat: 13:44
Bölmə:Özəl | çapa göndər

Əslində bu mövzu çox ciddi və düşündürücüdür.
Zamanın burulğanından qurtulub salamat çıxmaq dərrakənin və ağılın məhsulidur.Tarix sübut edir ki, terror heç bir dövlətə, cəmiyyətə və ya siyasi quruma uzunmüddətli xeyir və sabitlik gətirməyib. Əksinə, terrorizm bəşəriyyətin inkişafına mane olan, qlobal sabitliyi təhdid edən və yalnız fəlakətə səbəb olan destruktiv vasitədi.
Terror insanların psixologiyası ilə yanaşı flora və faunaya ciddi zərbələr endirir.Terrorlar zalım və amansızların ,insanlığa xas olmayan iyrəncliyidir
Bir zamanlar hələ SSRİ-nin vaxtında bu qüdrətli ölkənin ərazilərində bir neçə terror və təxribat aktları baş vermişdi. Məsələn: 1977-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərinin mərkəzində, insanların sıx toplaşdığı yerlərdə üç terror aktı keçirilib. Nəticədə 7 nəfər həlak olub və 44 insan yaralanıb. Ermənistanda yaşayan bu terrorçular - Stepan Zatıkyan, Zaven Baqdasaryan və Akop Stepanyan SSRİ-nin Xüsusi Xidmət orqanlarının əməkdaşları tərəfindən tezliklə həbs edilirlər.İstintaq sənədləri prokurorluq və Ali Məhkəməyə göndərilir. Məhkəmənin qərarı ilə adları çəkilən erməni terrorçular ölüm cəzasına məhkum olunurlar.
4 iyul 1988-ci ildə saat 15:30 radələrində Qorki vilayətinin (indiki Nijniy Novqorod) Arzamas şəhərinin dəmir yolu stansiyasına yaxınlaşan yük qatarın bir neçə vaqonunda güclü partlayışlar baş verir və bunların nəticəsində 91 nəfər həlak olur, yüzlərlə insan yaralanır. İstintaq zamanı məlum olur ki, partlayan vaqonlarda üstü açıq taralara qablaşdırılmiş 20 ton heksaqen adlı partlayıcı maddə olub.Bəzi əməliyyatçıların irəli sürdükləri fikirləri nəzərə alsaq görərik ki, teplovozun sobasından çıxan qığılcım yük vaqonlarına daxil olaraq, güclü partlayışa səbəb olub. Məlum olub ki, həmin stansiyanın ərazisində, baş verən hadisənin 200-250 metrliyində dayanan başqa bir yük qatarında nüvə başlıqları olub və xoşbəxtlikdən partlayış zamanı onlar detonasiyaya uğramayıblar. Əks halda Arzamas şəhəri və onun ətrafında olan yaşayış və tikinti obyektləri yer üzündən silinə bilərdi.
1984-ci ildə erməni terrorunun sədası Azərbaycanda da eşidildi və bir gün Bakıda 106 saylı marşurutda “İkarus” markalı sərnişin avtobusunda təxribat törədilir. Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarının əməkdaşları 19 gün ərzində terror aktını törədən Bakı şəhərinin sakini, erməni millətinin törəməsi Genrix Vartanov əldə edilmiş danılmaz dəlil və sübutlar nəticəsində saxlanılaraq həbs edilir.
1988-ci ildə Ermənistanın Xüsusi Xidmət orqanlarının agenti olan Sumqayıt şəhərinin sakini Eduard Qriqoryan, onun qardaşı və bir neçə terrorçu iri miqyaslı təxribat törədərək bu şəhərdə yaşayan, erməni millətindən olan qadınların mənzillərinə icazəsiz soxularaq, hətta hamilə qadınların da qarınlarını doğrayaraq vəhşicəsinə qətlə yetirirlər. Qriqoryanlar mənzilləri qarət etdikdən sonra növbəti soydaşlarının mənzillərinə də girirlər.
Qətlə yetirilən qadınların hamısı “KRUNK” adlanan erməni terror təşkilatının üzvü olmadığı üçün və hər ay adlı çəkilən bu terror qurumunun hesabına 50 rubl göndərmədikləri üçün, Eduard onları xüsusi qəddarlıqla qətlə yetirirdi. Qısa müddət ərzində Qriqoyan həbs olundu, lakin onun məhkəməsi bizə qarşı qərəzli formaya çevrilərək, Russiyada keçirildi. Nəticədə bu dəhşətli qatil cəmi 12 il müddətinə məhkum olundu. Bu prosesdən sonra Eduard Qriqoryan Ermənistanın milli qəhrəmanına çevrildi. Bəli ,bu ölkədə öz soydaşlarını, hətta hamilə qadınları qətlə yetirənlər də xalq qəhrəmanı sayılır.
Sonralarda erməni terrorçuları Azərbaycan xalqına qarşı bir sıra ağır təxribat aktların həyata keçirirlər;
-Onlar Ağdam-Gəncə sərnişin avtobusunu partladırlar. Nəticədə bir neçə sərnişin yaralanır;
-Bakı-Mineralnoye-Voda sərnişin qatarında da ermənilər təxribat törədirlər və nəticədə ölən və yaralanan olur.
-Erməni terrorçuları Tümen-Bakı sərnişin qatarını partladmaq üçün, Dağıstanın ərazisində təxribat törədirlər, lakin bu qatarın maşinistlərinin bacarığı və ustalığı nəticəsində qəzanın qarşısı alınır;
-19 mart 1994-ci ildə saat 13:00 radələrində qatar “20-Yanvar” metro stansiyasına yaxınlaşan zaman, qatarın baş vaqonunda güclü partlayış baş verir, nəticədə 14 nəfər həlak olur, 49 insan yaralanır. Vəfat edənlərin sırasında görkəmli bəstəkar Azərbaycanın Xalq artisti Rafiq Babayev də var idi. Allahdan vəfat edənlərə rəhmət diləyirik, zədə alanlara can sağlığı arzulayırıq. İstintaq zamanı məlum olmuşdu ki, terror aktını yerinə yetirmək istəyən Oktay Qurbanov “Sadval” terror cəmiyyətinin üzvü olub və partlayıcı qurğunu işə salarkən, özü də məhv olub. Qeyd edirik ki, bu terrorun təşkilatçısı, “Sadval”-n fəal üzvü olan Azər Aslanov Azərbaycan Respublikası Xüsusi Xidmət orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində az müddətdə müəyyən edilib, həbs olunub.Dindirilmə zamanı o da bildirib ki onun anasını bu hadisədən bir neçə ay əvvəl Ermənistanın xüsusi xidmət orqanları tərəfindən girov götürdükləri üçün ,o məcburiyyət qarşısında qaldığı üçün bu çirkin əməli Bakı şəhərində təşkil edib.
-1994-ci ilin İyul ayının 3-də, Bakı metrosunda növbəti terror aktı baş verir. Saat 20:30 radələrində “ 28-May ” metro stansiyasından çıxan və “ Gənclik ” stansiyasına 500 metr qalmış elektrik qatarının ikinci vaqonunda güclü partlayışdan sonra, yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olur, 58 insan isə yaralanır. Həmin vaqonda olan və yol idarəsində mühəndis vəzifəsində çalışan, 1944-ci il təvəllüdlü, Sabirabad rayonunda anadan olmuş İsmayılov Fərhad İsmayıl oğlu da terror nəticəsində başından ağır yaralanır və partlayış dalğası onu yerə yıxanda, o ayaqqabılarını itirir. O, baş nahiyyəsindən ağır yaralansada ayaqyalın, dabanlarında şüşə və metal qırıntıları doğrasa da özü ağır yaralı olmağına baxmayaraq digər yaralıları yanan vaqondan çıxarmağa başlayır. Nəticədə bu əsl qəhrəman insan 19 nəfəri, o cümlədən iki azyaşlı uşağı fəlakətdən qurtarır. Və ömrünün sonunadək aldığı xəsarətin ağrısını çəkə-çəkə yaşayır.
Fərhad İsmayılov 2 aprel 2024 ci ildə ağır xəstəlikdən sonra vəfat edir. Allahdan ona və terror nəticəsində həlak olan insanlara rəhmət diləyirik. Adını qeyd etdiyimiz bu qəhrəman insan - İsmayılov Fərhad İsmayıl oğlu yaxın dostumuz və həmkarımız, yazıçı publisist, Birinci Qarabağ müharibəsinin veteranı, Dövlət Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki Hamlet İsmayıl oğlu İsmayılovun doğma kiçik qardaşıdır. Deyirlər ot kök üstə bitər. Hamlet müəllimin həyat yolunu və Azərbaycanın Xüsusi Xidmət orqanlarında çalışdığı illəri izləyərkən biz onun yalnız müsbət fəaliyyətini görürdük. O da kiçik qardaşı Fərhad kimi insanları fəlakətdən xilas etmək üçün özünü riskə atmağa həmişə hazır olub.
Biz bu məqalədə digər ölkələrdə və Azərbaycanda törədilən terror aktlarını qeyd etdik,lakin 1985-ci ildə respublikamızın ərazisinə kəşfiyyat-təxribat dəstələrinin atılması və onların hamısının Qaradağ və Salyan rayonlarının ərazisində Hamlet müəllim və onunla birlikdə çalışan əməkdaşlar tərəfindən müəyyən edilib zərərsizləşdirməsi barədə də danışmalıyıq.Söhbət ondan gedir ki,bu ərazidə keçirilən əməliyyat-axtarış tədbirlərinə o zaman,mayor Hamlet İsmayılov rəhbərlil edirdi.Və onunla birlikdə təhlükəsizlik bölməsinin zabitləri Etibar Babayev, Aydın Kərimov və Tahir Quliyev də iştirak ediblər.Birinci mərhələdə əməliyyat -axtarış tədbirlərinə rayon milis əməkdaşları da cəlb olunmuşdu və onların da birgə səyi nəticəsində 30 təxribatçı zərərsizləşdirilmişdi.Qeyd etmək istəyirəm ki,o zaman Qaradağ rayon partiya təşkilatında çalışan və hüquq -mühafizə orqanlarının kuratoru olan xalq yazıçısı Çingiz Abdullayev rayon təhlükəsizlik bölməsinin rəisindəm xahiş edib ki,keçirilən ciddi və mühüm əməliyyat-axtarış tədbirlərində iştirak etmək üçün ona da icazə verilsin.Bəli,ələ keçirilən kəşfiyyat-təxribat dəstələri dindirmə zamanı bildiriblər ki,onların məqsədi rayonun ərazisində dislokasiya olunan mühüm mülki və hərbi obyektlərdə terror-təxribat aktları keçirmək və hərbi silahlı qüvvələrin komandan müavinini girov götürmək olub
Uğurlu keçirilən bu tədbirdən sonra
Hamlet İsmayılov barədə təqdimat göndərilib və ona SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən, vaxtından əvvəl, polkovnik-leytenant rütbəsi verilib.
Deyilənlərə görə ,bir zaman Hamlet İsmayılov xidməti borcunu -respublika rəhbərinin mühafizəsini təmin edərkən ,əsl qəhrəmanlıq göstərərək tapanca ilə silahlanmış şübhəli şəxsi təkbaşına tərksilah edərək zərərsizləşdirir.
Hamlet İsmayılovun bu qəhrəmanlığını o zaman Naxçıvana ezam olunan jurnalist həmkarım ,tanınmış jurnalist Akif Cabbarlı da təstiq etdi.Nədənsə ,bu hadisə barədə yuxarı instansiyalara məruzə olunmayıb.Əgər onlara məruzə olunsaydı Azərbaycanın igid oğlu Hamlet İsmayılov dövlət mükafatı ilə təltif olunardı.
Əminəm ki oxucularımız qeyd olunan faktlara məqalə ilə tanış olduqdan sonra özləri qərəzsiz və düzgün qiymət verəcəklər.
Deyirlər ki, Allah Hamleti xeyirxah və mərhəmətli bir insan kimi həyata gətirib.
Onun gəncliyinə nəzər salsaq görərik ki ,nə qədər insanlara kömək əlini uzadıb.
Məsələn :"Arzu " pioner düşərgəsinin idman müəllimi işləyəndə Xəzər dənizində - Şüvəlan çimərlində suda boğulan M.Ə..Sabir adına Pedaqoji Texnikomunun iki tələbə qızıbı xilas edib;Bakı bulvarında "Sadko " kafesinin yaxınlığında axşam saat 21 radələrində qarablıq bir gecədə dənizə düşən 9 yaşlı Nigar adlı bir qızı estakadanın altından çıxarıb sahildə duran qardaşı Fazilə ötürərək xilas edir.Qardaşı Fazil xilasetmə fəndlərindən təhsil aldığı üçün balaca qızcığaz Higarı anasının gözləri qarşıslnda yenidən həyata qaytarır.
Ertəsi gün "Bakinskiy raboçiy " qəzetinin redaktoru bu cəsur qardaşlarla tanış olmaq üçün redaksiyaya dəvət edir, lakin onların təvazökarlığı buna imkan vermir.Bundan başqa 1991-ci ildə Bakı şəhərindəki 47 saylı məktəbin yaxınlığında axşam saatlarında əməliyyat-aztarış tədbiri keçirərkən, Hamlet İsmayılov görür ki, 12 yaşlı məktəbli qızı iri bıçaqla hədələyən 30-35 yaşlı cinayətkar qızın hər iki qulağından qızıl sırğaları zorla dartıb çıxar.Qaçmaq istəyən əli bıçaqlı cinayətkarla əlbəyaxa olub onu tərkisilah edir və hüquq-mühafizə orqanlarına təhvil verir və üzgözü alqan içində olan qızı xəstəxanaya göndərir.Bir neçə gündən sonra cinayətkarlığın qəti "düşməni " olan Hamlet
İsmayılov 65 saylı marşurutla işdən evə dönərkən avtobusda iki cavan oğlanın bir qadını bıcaqla hədələdiyib çantasını əlindən almaq istədiyini görür.Özünü təmkinlə aparan Hamlet avtobus "Beşmərtəbə" yaxın olan dayanacağa çatan kimi hər ikisini zərərsizləşdirib yaxınlıqdakı polis bölməsinə aparır.Bundan savayı Hamlet müəllimin onlarla belə qəhrəmanlığından danışmaq olar.Qaradağ rayonunda qətlə yetirilən bir hərbçinin öldürənin qısa bir müddətdə aşkarlanması, qadınların Türkmənistana satılması işini həyata keçirilən insan alveri ilə məşğul olan cinayətkarı yaxalaması və sairə.
Hamlet müəllim vətənpərvər, xalqını və dövlətini sevən insandır. Birinci Qarabağ müharibəsi başlayan zaman, Hamlet müəllim vəzifədə və 3-uşağın atası olaraq raport yazıb, bir neçə dəfə könüllü olaraq döyüşə gedib. O, Şuşa, Kərkicahan, Çaykənd, Murovdağ, Goranboyun Erkeş, Manaşıt və Buzuluk kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 6 iyul 1991-ci ildə düşmənin snayperi onu üz nahiyəsindən yaralayır. Buna baxmayaraq o tabeçiliyində olan döyüşçüləri mühasirədən çıxartmağa müvəffəq olur.
Görünür bu vətənpərvərlik Hamlet və Fərhad İsmayılovlara 1941-1945 -ci illərdə ,Vətən müharibəsində iştirak edən iki böyük qardaşları- Əliağa və Ayazdan ruhən keçib.
Ayaz 1943-cü oldə Kerç şəhəri uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olub.Əliağa isə 1945-ci ilin əvvəllərində ağır yaralandıqdan sonra vətənə qayıdır.
Hamlet İsmayılov əvvəllər nazirliyin mərkəzi aparatında-xüsusi şöbədə, 7 il Naxçıvanda Bakı şəhərinin, Qaradağ rayonunda DTX-n rəisi vəzifəsində çalışıb, sonra isə o Azərbaycan Milli Təhlükəsizlik Nazirliyin Akademiyası yaradılanda, o bu Ali təhsil mərkəzinə komendant xidmətinin rəisi təyin olunur. 2003-ci ildə polkovnik rütbəsində ehtiyata buraxılır. Hazırda Hamlet müəllim bədii yaradıcılıqla məşğuldur. Onun səkkiz kitabı işıq üzü görüb. Onun dövlət əhəmiyyətli məqalələri İsə “Exo”, “Açıq Söz”, “Vışka” və "Xalq qəzeti" qəzetində çap olunub.
Qeyd etmək istəyirəm ki,bu ailəni tanıyan insanlar Fərhad, Hamlet ,Fazil ,Eldar,Ramiz,Ayaz, Əliağa İsmayılov qardaşları ilə fəxr edirlər.
Mübariz Süleymanlı ,
Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü, Beynəlxalq mükafatlar laureatı, şair-publisist.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-05-2026
15:43 Nailiyətlərimiz artacaq