Mobil versiya
Əli Kərimli ilə bağlı - Vacib xəbər
Tarix: 10-06-2026 | Saat: 16:44
Bölmə:Ölkə / Karusel | çapa göndər

Əli Kərimli ilə bağlı -

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb.

aia.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib.

Qərara əsasən, Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb.

Qeyd edək ki, Ə.Kərimli Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.

Hazırda cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) genişmiqyaslı ibtidai istintaq hərəkətləri aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2026