Mobil versiya
Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?
Tarix: 11-06-2026 | Saat: 11:45
Bölmə:Manşet / Gündəm | çapa göndər

Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?

Hərbi xidmətə çağırışdan və ya səfərbərlik üzrə çağırışdan üzrlü səbəb olmadan yayınan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıyırlar.

aia.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə onlar barəsində 300 manatdan 500 manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur.

Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin cinayət işləri üzrə istintaqın aparılması prokurorluq orqanlarının səlahiyyətindədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026